Məhkəmə qərarları › İş №3(010)-915/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-915/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-915/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X1, tərcüməçi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 6A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(010)- 2462/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən 24 fevral 2006-cı il təvəllüdlü X3, 02 may 2007-ci il təvəllüdlü X2 və 18 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 480 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, R.S.Djikiya icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(010)-2462/2019 nömrəli qətnaməsinə əsasən üç uşağının saxlanılması üçün ondan ümumilikdə 480 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmuşdur. Qeyd etdiyi qətnamənin qəbul edilməsinə baxmayaraq bir müddət tələbkarla birlikdə yaşadıqlarına görə həmin dövr ərzində aliment ödəməmişdir. Belə ki, son 06 aya kimi o, tələbkarla bir yerdə yaşamış, həmin müddət ərzində birgə nikahdan olmuş uşaqlarının tələbatları, o cümlədən onların hazırılıq pulları, hazırlığa gedə bilmələri üçün nəqliyyat xərcləri, habelə evin digər xərcləri onun tərəfindən ödənilmişdir. İca sənədi üzrə ödənişlərin əksər hissəsini rəsmi qaydada deyil, yuxarıda qeyd etdiyi tərzdə, nəğd pul şəkilində etdiyi ödənişləri isə şəxsən tələbkara ödədiyindən bütün bunlar rəsmi ödəniş kimi nəzərə alınmamış və nəticədə icra sənədində qeyd edilən borc məbləği yaranmışdır. Halbuki, sadəcə son 6 aydır tələbkarla aralarında olan söz-zöhbətlərdən məcbur olub yaşadığı evi tərk etmiş və həmin vaxtdan da aliment pulu ödəməmişdir. Buna, yəni alimenti ödəyə bilməməsinə digər səbəb isə son zamanlar işsiz olması, eyni zamanda tələbkarın əlindən məcbur olub kirayədə yaşaması olmuşdur. Hətta o, evini satıb real olan aliment borcunu ödəməyi tələbkara təklif etsə də, sonuncu ondan evi dəyər-dəyməzə satıb 8.000 manat borcu ödəməyi tələb etmişdir. Onun icra sənədi üzrə borcu 8.000 manat təşkil etmir, tələbkar hər hansı bir əsas olmadan qeyd edilən məbləğdə aliment borcunun yarandığını bildirir və sonuncunun əsassız tələbi əsasında da icra məmuru onun barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Möhlət veriləcəyi təqdirdə icra sənədi üzrə real olan aliment borcunu hissə-hissə olmaqla ödəyəcəkdir. Hazırda isə heç yerdə işləmədiyinə görə maddi vəziyyətli ilə əlaqədar olaraq aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Sonda R.S.Djikiya məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. 23 iyul 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 göstərmişdir ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya icra sənədini 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Sonradan isə borclu ümumiyyətlə çağırış üzrə gəlməkdən yayınmış, buna görə də onun barəsində axtarış elan edilmişdir. Borclunun halhazırda aliment borcu 8.000 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə R.S.Djikiyanın barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(010)-2462/2019 nömrəli qətnaməsinə əsasən 24 fevral 2006-cı il təvəllüdlü X3, 02 may 2007-ci il təvəllüdlü X2 və 18 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 480 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən heç yerdə işləmədiyini əsas gətirərək alimenti ödəməkdən qərəzli olaraq yayınır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Sonda R.R.Kəlbixanova, borclu R.S.Djikiyanın barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla R.S.Djikiyanın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(010)-2462/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 24 fevral 2006-cı il təvəllüdlü X3, 02 may 2007-ci il təvəllüdlü X2 və 18 oktyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 27 mart 2019-cu il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 480 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 23 avqust 2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(010)-2462/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu R.S.Djikiyaya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 18 may 2021-ci il tarixli qərardan görünür ki, yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 17 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdən borclu kimi axtarışdadır. 05 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə aliment borcu 8.000 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, R.S.Djikiyanın şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə R.S.Djikiyanın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, R.S.Djikiyaya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və R.S.Djikiya barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən, saat 17:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar