Məhkəmə qərarları › İş №3(010)-918/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-918/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-918/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 və icra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili, “İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkili X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1976-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Z.Eynalov küçəsi, Döngə 7, 13 nömrəli evdə qeydiyyarda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs 7.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti X6 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da Şəxs, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, X11 kredit yolu ilə pulunu ödəmək şərtilə ona maşın satmış və onunla sonuncunun arasında 05 may 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Lakin X11 maşını ona verən gündən etibarən, bir neçə gündən bir müxtəlif məbləğlərdə ondan pul istəmişdir. O, isə bu vəziyyəti qəbul etmədiyi üçün həmin nəqliyyat vasitəsini götürdüyü gündən 01 ay tamam olmamış X9 geri qaytarmışdır. Kredit müqaviləsini isə X7 ləğv edəcəyini düşünüb özü ləğv etdirməmişdir. Bir neçə vaxtdan sonra ona, həmin kredit müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə icra qeydinin verildiyi məlum olmuşdur. Qeyd etdiyi kredit müqaviləsinə əsasən guya ona 7.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Halbuki, X11 tərəfindən ona pul vəsaiti verilməmişdir. Kredit müqaviləsi real olaraq yox, görünüş üçün bağlanmışdır. Əgər notariat ofisinin həmin tarixi əks etdirən müşahidə kameralarına baxış keçirilərsə, onun həqiqətən X5 borc pul almadığı aydın olar. Borc müqviləsi bağlandıqdan sonra X11, onu icarəyə götürdyü, əziyyətlə ərsəyə gətirdiyi, avadanlıqlarla təchiz etdiyi torpaq sahəsindən çıxarararq, onu külli miqdarda ziyana məruz qoymuşdur. Bü günə kimi onun deyil, X3 borcu var. O, etibarsız olan əqd üzrə verilmiş icra qeydinin ləğv edilməsi üçün X9 məhkəmədən kənar pretenziya qaydasında müraciət etmişdir. 24 saylı notariat ofisinin xüsusi notariusu Zərifə Rəcəbli isə 17 iyun 2021-ci il tarixli məktubla icra qeydinin ləğv ediləsi üçün məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. X11 isə pretenziya məktubuna cavab belə verməmişdir. Buna görə də o, pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən borc müqaviləsinin bağlanmasında X7 əsl niyyəti-iradə ifadəsi ona borc vermək olmadığından və həmin müqvilə görünüş üçün bağlandığından uydurma (əhəmiyyətsiz) əqd olmaqla özlüyündə etibarsızdır. Kredit müqaviləsi real müqavilə olduğundan borcun veriməsi ilə müavilə bağlanmış hesab edilir. Notariat ofisində bağlanmış kredit müqaviləsi ilə ona real olaraq pul verilməmişdir. Belə olan halda həmin müqavilə bağlanmış hesab edilə bilməz. Sonda Şəxs qeyd etdiklərini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X12 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu, tələbkara borcunun olmadığını, müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirərək qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu qeyd etdiyi kimi müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etsə də, onun iddia ərizəsi baxılmadan geri qaytarılmışdır. Borclu hal-hazıradək icra sənəsi üzrə heç bir ödəniş etməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili X2 göstərdi ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs 7.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti X6 xeyrinə tutulmalıdır. Lakin Şəxs müxtəlif əsassız bəhanələr gətirərək icra sənədinin icrasından boyun qaçırır. Buna görə də tələbkar Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 7.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti X6 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 10 yanvar 2012-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli icra qeydi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. Tələbin könüllü icrası haqqında bildirişin surəti Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(010)-4396/2021 nömrəli qərrdadından görünür ki, Şəxs cavabdehlər X10 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar