Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-918/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6, X1nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1993-cü ildə Lənkəran rayonu, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərtib etdiyi 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli 2(020)-1696/2019 nömrəli icra vərəqəsinə əsasən X1na məxsus qızıl-zinət əşyaları olan 1 ədəd brilyant qaşlı nişan üzüyü 408 manat, 1 ədəd adi qaşlı üzük 374 manat, 1 ədəd adi qaşlı üzük 455,60 manat, 1 ədəd adi qaşlı üzük 469,20 manat, 1 ədəd tros toxunuşlu boyunbağı 1904 manat, 1 ədəd tros toxunuşlu qolbağı 952 manat, 1 ədəd adi qaşlı sırğa 816 manat naturada, bu mümkün olmadıqda isə onların dəyəri pulla borclu Şəxs alınaraq X1na verilməsi qət edilmişdir. Bundan başqa Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 2(020)-91/2022 nömrəli icra vərəqəsinə əsasən Beyləqan rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs 06 yanvar 2018-ci il tarixdə anadan olan Uğur adlı bir uşağın saxlanması üçün uşağın anası X2 xeyrinə qət edilən hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay bir uşaq üçün160 manat sabit pul məbləğində müəyyən edilməklə artırılması qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar verilmiş, həmin qərarların surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildirişlər borcluya təqdim edilmişdir. Beyləqan rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 8(020)-242/2022 nömrəli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq, yəni icra sənədlərinin icrası tam başa çatanadək məhdudlaşdırılmışdır. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında 05 yanvar 2023-cü ildə qərar qəbul edilmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından 05 yanvar 2023-cü ildə barəsində axtarış elan edilmişdir. İcra məmuru həmçinin bildirir ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına əmlak aşkar edilməmişdir. Borclunun 1.760 manat borcu mövcuddur. X1 işə məhkəmədə baxılması zamanı ərizə təqdim edərək bildirmişdir ki, borclu tərəfindən ona 300 manat məbləğində pul ödənilmişdir. Borcun hissə-hissə ödənilməsi barədə aralarında razılıq əldə olunmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, tələbkarın xeyrinə 300 manat məbləğində pul ödəmiş və tələbkarla hər ay ödəniş barədə razılığa gəlmişdir. İcra sənədinin icrasından yayınmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 300 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-918/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-918/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver