Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-919/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində İXM-nin 505-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan "Şəxs" MMC ünvanına Türkiyə Respublikasından 06BGM093/06FT1713 nömrəli, GİB**********151 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2549 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəvan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” savlı kod altında “Yük qazma avadanlıqlarında istifadə olunan, korroziyaya davamlı, hər iki tərəfindən yivlə təchiz olunmuş qazma boruları”, "0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdafəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/0xxxx/004070 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna GİB**********151 saylı xx.xx.2020-ci il tarixli invoysun üzrə idxal Yük qazma avadanlıqlarında istifadə olunan, korroziyaya davamlı, hər iki tərəfindən yivlə təchiz olunmuş qazma boruları XİF MN-ə görə “730423 0000” 5 % idxal və “18” % ƏDV gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********2549 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin bəvan edilmiş Yük qazma avadanlıqlarında istifadə olunan, korroziyaya davamlı, hər iki tərəfindən yivlə təchiz olunmuş qazma boruları yüklərinin XİF MN üzrə “730423 0000" saylı kod altında sinifləşdirildiyi təqdirdə "Şəxs" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 4963,95 azn, ƏDV üzrə 893.51 azn, elektron gömrük xidməti haqqı üzrə 35.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. 2200-012/0xx-xx/004070 saylı xx.xx.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 5897.86 manat əlavə ödəniş şirkət tərəfindən ödənmişdir. Şəxs MMC-nin ünvanına 1400-013/0xx-xx/006029 nömrəli, xx.xx.2020-ci il tarixli və 1400- 013/0xx-xx/006244 nömrəli, xx.xx.2020-ci il tarixli məktublar göndərilərək izahat verməsi üçün Bakı Bas Gömrük idarəsinə dəvət edilmiş, sistemdə qeyd edilmiş ********** nömrəli abonentlə dəfələrlə əlaqə saxlanılmış, izahat verməsi üçün dəvət edilmiş və barəsində protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi barədə məlumatlandırılmışdır. Lakin Şəxs MMC-nin nümayəndəsi izahat vermək üçün çağırışa gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Həmçinin "Şəxs” MMC barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-0936/20 nömrəli is başlanılmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünürki, gömrük ödənişlərindən yayınma məbləği 5897.86 manat göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı ikinci dəfə törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 5897.86 (beş min səkkiz yüz doxsan yeddi manat, səksən altı qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 4128.5 (dörd min yüz iyirmi səkkiz manat, əlli qəpik) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-919/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-919/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver