Məhkəmə qərarları › İş №3(010)-919/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-919/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-919/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-ni sahə inspektoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 fevral 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 11 fevral 2023-cü il tarixdə, saat 17.05-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsində nəlayiq ifadə işlətdiyinə görə polis əməkdaşlarının iradlarına məhəl qoymayaraq öz hərəkətini davam etdirilmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasənda iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 32-ci PB-ni sahə inspektoru X4 tərtib etdiyi MN ******* saylı xx.xx.2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 11 fevral 2023-cü il tarixdə, saat 17.05-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsində telefonla danışarkən nəlayiq ifadələr işlətmiş,ərazidə xidmət aparan polis əməkdaşlarının iradına məhəl qoymayaraq hərəkətini davam etdirmiş,polis əməkdaşları tərəfindən 32-ci PB-nə gətirilərək barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsində telefonla danışarkən əsəbi olduğum üçün nəlayiq ifadələr işlətmiş,ərazidə xidmət aparan polis əməkdaşlarının iradına məhəl qoymayraq nəlayiq ifadələr işlətməyi davam etdimiş və polis əməkdaşlarının dəvəti ilə 32-ci PB-nə gətirilərək barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat təxminən 17.05 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Ə.Mehbalıyev küçəsində 32-ci PB-nin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili Eldəniz Quliyev ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin nəlayiq ifadələr işlədərək küçədə getdiyini görüb ona yaxınlaşmışlar,özlərini təqdim edərək,şəxsin özünü təqdim etməsini istəmişlər,lakin şəxs heç bir sənəd təqdim etməyərək,onların qanuni tələblərini məhəl qoymayaraq yoluna davam etmişdir.Bir daha ona yaxınlaşıb özünü təqdim etməsini istədikdə şəxs yenə məhəl qoymayaraq öz hərəkətini davam etdirməklə nəlayiq ifadələr işlətməyə davam etmişdir..Həmin şəxsi etdiyi əmələ görə və şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi məqsədilə 32-ci PB-nə dəvət etmişlər,bölmədə sahə inspektoru tərəfindən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili Eldəniz X1 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokol ilə, Şəxs iş materiallarında olan izahatı,məhkəmə iclasında verdiyi ifadəsi həmçinin şahidlərin ifadələri ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiklərinə baxmayaraq,bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 12 fevral 2023-cü il saat 23:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar