Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-92/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, tərcüməçi X7, barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs X4 və Azərbaycan Respublikası X9 nümayəndəsi X1 iştirakı ilə, X4, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 36JHS0Y, evli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Sapphire İnn” Boutique Hoteldə general menecer vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, 61Q nömrəli evin 26 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X5 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla A.C.Əliyeva vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. X10 Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X5 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan şikayətini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(010)- 1615/2020 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 3(010)-1660/2020 nömrəli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X5 qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətləri X2ytarılmışdır. xx xxxxxx 2021-ci il tarixdə X4 Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(010)-92/2021 nömrəli qərarı ilə X4 vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddəti bərpa edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxs X10 göstərdi ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Sapphire İnn” Boutique Hoteldə general menecer vəzifəsində işləyir. Azərbaycan Respublikasında baş vermiş pandemiya (COVİD-19) və bununla bağlı dövlət tərəfindən tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar müvafiq sahələrdə, həmçinin turizm və otelçilik sahəsində müəyyən məhdudiyyətlər və sanitariya-gigiyenik tədbirlər görülmüşdür. Bununla bağlı, Azərbaycan Respublikası X9 nümayəndələri dəfələrlə “Sapphire İnn” Hotelə gəlmişlər. Gəldikləri zaman X9 nümayəndələri ona və otelin digər işçilərinə xüsusi karantin rejiminə uyğun olaraq zəruri olan tədbirlərin görülməsi barədə tövsiyyələr vermişlər. X9 nümayəndələri oteldə müvafiq sanitariya-gigiyenik tədbirlərin görülməsinə şəxsən nəzarət etmişlər. Nümayəndələrin tövsiyyələrinə onun tərəfindən ciddi riayət edilmişdir. Belə ki, “Sapphire İnn” Hoteldə müəyyən inzibati zonalarda (reception, lift, otelin mərtəbələri, otelin nömrələri, giriş-çıxış qapıları, iaşə obyekti və digərlər yerlərdə) xəbəredici, maarifləndirici, məlumatverici xarakterli lövhələr, plakatlar asılmış, yer üzərində masəfə saxlanılması ilə bağlı stikerlər yapışdırılmış, dezinfeksiya mayələri ilə doldurulmuş dispenserlər yerləşdirilmişdir. Bu tədbirlər onun rəhbərliyi altında görülmüşdür. X9 nümayəndələri görülmüş tədbirlərlə tanış olmuşlar və bundan razı qalmışlar. Hətta, X9 nümayəndələrinin təkidi ilə “Sapphire İnn” Boutique Hoteldə görülmüş sanitariya-gigiyenik tədbirləri barədə video və foto çəkilişlər aparılmış, nümunəvi şəkildə ictimaiyyətə göstərilmiş və mediada belə işıqlandırılmışdır. Bu barədə, baku.ws, tourism.gov.az internet saytlarında müvafiq paylaşımlar dərc edilmişdir. Eyni zamanda, işlədiyi oteldə ancaq qonaqlar üçün kiçik bir restoran fəaliyyət göstərir. Həmin restoranda cəmi 3-4 masa mövcuddur. Lakin pandemiya ilə bağlı qonaqların sayı 10 nəfərə qədər endirilmişdir. X9 nümayəndələri restoranı yoxladıqları zaman qeyd etmişlər ki, restoranın girişində ümumi dezinfeksiya dispenseri yerləşdirilməli, məsafə ilə bağlı yerində stikerləri yapışdırmalı və hər masanın üzərində ayrıca dezinfeksiya vasitələri qoyulmalıdır. Buna görə də nnun tərəfindən restoranın girişində dispenser yerləşdirilmişdir. Yer üçün stikerlər və masalar üçün dizenfeksiya vasitələri isə təsərrüfat departamentinə sifariş edilmişdir. Bu barədə o, dərhal X9 nümayəndələrinə məlumat vermişdir. Buna baxmayaraq, həmin yoxlamadan iki gün keçdikdən sonra, xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası X9 nümayəndələri növbəti yoxlama zamanı “Sapphire İnn” Hotelə gəldikdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib etmişlər. Protokol X9 böyük məsləhətçi X14 tərəfindən tərtib edilmişdir. Protokol tərtib etdiyi zaman o, iş yerində olmamış, bu səbəbdən lazımi sübutlarını təqdim edə bilməmiş, hüquqlarını müdafiə edə bilməmişdir. Halbuki iştirakı təmin olunmuş olsa idi, X9 nümayəndələrinə yaranmış vəziyyəti izah edərdi. Çünki, məhz X9 tələblərini ciddi qəbul edib dərhal müvafiq vasitələri sifariş etmişdir. Hotelin restoranı ilə bağlı X13 tərəfindən tələb edilən stikerlər və dezinfeksiya vasitələri protokol tərtib edildiyi gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində otelə çatdırılmış, növbəti günü isə müvafiq yerlərdə quraşdırılmışdır. Bütün sübutlar, fotoşəkillər və s. təqdim olunsa da, xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3.000 manat cərimə olunmuşdur. Sonda A.C.Əliyeva Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası X9 nümayəndəsi X3 məhkəmədə göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə X9 əməkdaşları “Sapphire İnn” Hoteldə apardıqları yoxlama zamanı xüsusi karantin rejiminin pozulduğunu müəyyən etdikləri üçün həmin hotelin general meneceri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X5 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla A.C.Əliyeva vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. V.N.Alıyeva məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, X4 barəsində inzibati protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraata başlanılarkən onun iştirakı təmin edilməmiş, sonuncu həmin protokolla barəsində inzibati qərar qəbul edildiyi zaman tanış edilmiş və onu imzalamışdır. Habelə X9 əməkdaşlarının təcrübəsizliyi səbəbindən inzibati xətanın mövcudluğunu təsdiq edəcək hər hansı bir sübut toplanmamışdır. Bununla da faktiki olaraq X4 barəsində inzibati protokol prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Lakin bu X4 əməlində inzibati xətanın olmaması anlamına gəlmir və sonuncu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3.000 manat cərimə olunmuşdur. Sonda V.N.Alıyeva məhkəmədən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən, X4 şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş vəzifəli şəxsi və Azərbaycan Respublikası X9 nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası X9 nümayəndəsinin məhkəmədə verdiyi ifadəsindən isə müəyyən olunur ki, X9 əməkdaşları “Sapphire İnn” Hoteldə yoxlama apardıqları zaman inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bilinəcək hər hansı bir mötəbər sübutlar olmadan xx xxxxxxx 2020-ci il tarixdə sözügedən hotelin general meneceri X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlamışlar. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin şikayətə məhkəmə iclasında baxıldığı zaman isə müəyyən edilmişdir ki, X9 əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə X4 barəsində inzibati protokol onun iştirakı olmadan tərtib edilmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti sonuncunun barəsində inzibati xəta haqqında işə Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə baxılarkən təqdim edilmiş və həmin tarixdə də protokolun müvafiq qrafalarına X6 imza etdirilmişdir. Beləliklə Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 icraatında olan inzibati xəta haqqında işə baxarkən qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın olubolmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirməli olduğu halda, iş üzrə səthi araşdırma apararaq, hər hansı bir mötəbər sübut olmadan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 3.000 manat cərimə olunması barədə xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, barəsində inzibati qərar çıxarılmış vəzifəli şəxs X4 şikayətinə əlavə etdiyi fotoşəkillərdən və baku.ws, tourism.gov.az internet saytlarından çıxarışlardan görünür ki, “Sapphire İnn” Hoteldə müəyyən inzibati zonalarda (reception, lift, otelin mərtəbələri, otelin nömrələri, giriş-çıxış qapıları, iaşə obyekti və digərlər yerlərdə) xəbəredici, maarifləndirici, məlumatverici xarakterli lövhələr, plakatlar asılmış, yer üzərində masəfə saxlanılması ilə bağlı stikerlər yapışdırılmış, dezinfeksiya mayələri ilə doldurulmuş dispenserlər yerləşdirilmiş, habelə hotelin nəzdnində fəaliyyət göstərən restoranda masalar, araməsafəsinə riayət edilməklə düzülmüşdür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X9 nümayəndəsi X3 isə məhkəməyə, nəinki X4 təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bilinəcək hər hansı bir mötəbər sübut təqdim etmiş, hətta məhkəmə iclasında verdiyi ifadəsində belə bir sübutlar əldə edilmədən X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanıldığını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirməsi əsasında deyil, ehitmallar əsasında, o cümlədən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən prosessual pozuntularla başlanmış inzibati xəta hqqında iş üzrə icraat əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası X13nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət X8 rəhbəri X11 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası X13nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-92/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-92/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver