Məhkəmə qərarları › İş №3(010)-920/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-920/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-920/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 nümayəndəsi X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X12 tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə edilmişdir. X9 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 xx.xx.2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və X1 (11 saylı Regional Ekologiya və X16) xx.xx.2018-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini əsas gətirərək 3500 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində mübahisələndirilən qərarın qəbul olunmasına əsas kimi Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisində yerləşən “Çayka” restoranında xx.xx.2018-ci il tarixdə aparılmış monitorinq zamanı aparılmış ölçmələrin nəticəsində manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğuların istifadə edilməməsi göstərilərək həmin tarixdə akt tərtib olunmuşdur. Ekologiya və X10 əməkdaşları hər hansı bir məlumat vermədən guya monitorinq keçirərək, restoranın fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğuların istifadə edilməməsi qənaətinə gələrək akt tərtib etmişdirlər. Həmin akt əsasında xx.xx.2018-ci il tarixli ******* saylı protokol tərtib olunmuş və protokol əsasında qanunsuz olaraq barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Hesab edir ki, mübahisələndirilən qərarla onun hüquqlarını kobud şəkildə pozulmuşdur. Belə ki, bu Qərarın qəbul olunmasından məlumatsız olduğum halda, restoranın fəaliyyəti zamanı manqaldan atmosferə atılan zərərli tullantıların atmosferə buraxılmasının qarşısını almaq üçün “Çayka” restoranına “TEKSTAR” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən texniki qurğu quraşdırılmış və “Çayka” restoranının fəaliyyəti zamanı məhz həmin qurğu hesabına atmosferə zərərli maddələr normadan artıq buraxılmır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 xx.xx.2018-ci il tarixdə barəmdə inzibati tənebh vermə haqqında MN ******* saylı qərarı hüquqlarımı kobud şəkildə pozduğundan ləğv edilməlidir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 3(010)-651/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən X4 şikayəti təmin edilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməsi, İnzibati xəta tərkibi olmadığına görə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 3(010)-651/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 rəisi Vaqif Cavadov tərəfindən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verilərək, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(010)-651/2019 saylı qərarının ləğv edilməsi və 11 saylı Regional Ekologiya və X10 xx.xx.2018-ci il tarixli MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)-651/2019 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1157/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 rəisi Vaqif Cavadov tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. İş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilməsi, əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə xx.xx.2020-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı xx.xx.2020-ci il tarixinə saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 nümayəndəsi X11 izahatında göstərmişdir ki, Bakı şəhər Ekologiya və X1 əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə aparılmış monitorinq zamanı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Çayka” restoranına xüsusi qurğuların quraşdırılmadığı və nəticəndə manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olduğu müəyyən edilərək akt tərtib edilmiş və həmin akt əsasında da X4 barəsində xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Xüsusi qurğunun mövjudluğu, lakin onun quraşdırılmadığı faktı Demartamentin əməkdaşları tərəfindən yerində müəyən edilmiş, bunun fotoşəkli tərtib edilmiş və bu fotoşəkil hazırki məhkəmə ijlasında təqdim edilmişdir. G.Ə.Əkbərovanın özü də verdiyi yazılı izahatında göstərmişdir ki, həmin obyektdə kabab və manqal yeməklərinin təklifi dayandırılmışdır, obyektdə sadəcə pivə və pivə məzələri təklif olunur, söz verir ki, manqal fəaliyyət göstərərsə, atmosferə atılan tullantıların qaşsını almaq məqsədilə xüsusi avadanlıq quraşdırılacaq. Yəni, şikayətçinin özü də xüsusi avadanlığın quraşdırılmadığını etiraf etmişdir. Sonradan protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə G.Ə.Əkbərova Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanıntörədilməsində təqsirli bilinərək 3.500 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən qərarın qanunu və əsaslı olduğunu, şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etdi. Şikayətçi hazırki şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri vəvaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan işdəki və məhkəmə gedişatı zamanı işə əlavə edilmiş müvafiq sübutlar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşin obyektiv baxılması, Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1157/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında göstərilən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X3 sorğu ilə mürajiət edilmiş və aşağıdakı sənədlərin məhkəməyə təqdim oluması təklif olunmuşdur: 1.AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 əməkdaşları tərəfindən işlə bağlı tərtib edilmiş aktın surəti. 2.Həmin akt əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı inzibati protokolun surəti. 3."Çayka" restoranının fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olub-olmaması, atmosfer havasına atılan zərərli və çirkləndirici maddələrin atılmanın "tullantının" yol verilən həddindən artıq olubolmamasına dair yazılı məlumat və buna dair normativ göstəricilərin surətləri. 4.Yoxlanılma zamanı "Çayka" restoranında ətraf mühitə buraxılan tullantıların tənzimlənməsi üçün müvafiq texniki qurğudan istifadə edilib-edilməməsinə dair məlumat,əgər belə qurğulardan istifadə edilmişdirsə,bu qurğunun göstəriciləri,qurğunun tipi,markası,modeli,yerləşdiyi yer,qurğunun son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxta (bunu təsdiq edən sənədin nömrəsi və tarixi), bu qurğunun istismarı nəticəsində ətraf mühitə buraxılan tullantıların tənzimlənməsinin mümkünlüyünə dair yazılı məlumat. 5.Yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları, habelə lokal monitorinq zamanı tüstü və qaz məşəlləri altında birdəfəlik müşahidələr aparmaq üçün məşəlaltı postun təşkil edilib-edilmədiyinə, məşəlaltı müşahidələr zamanı hava nümunələrinin götürülüb götürülmədiyinə, hava nümunələrinin götürüldüyü təqdirdə, atmosfer havasına atılan zərərli və çirkləndirici maddələrin atılmasının (tullantının) yol verilən həddindən artıq olub-olmadığına dair yazılı məlumat. Qeyd olunan məlumatlar Suraxanı rayon Məhkəməsinə təqdim olunmuşlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktda qeyd olunur ki, ETSN-nın şifahi tapşırığına əsasən Suraxanı rayon Yeni Günəşli qəsəbəsi 1 ünvanında yerləşən “Çayka” restoranının ətraf ərazilərində atmosferə atılan qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə monitorinq keçirilib. Ölçmə ANKAT-7664 qaz analizatoru vasitəsilə aparılıb. Nəticədə CO-7 mq/m3, SO2 – 2,1 mq/ m3. Bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Sertfikatın verilmə tarixi xx.xx.2018, Sertfikatın nömrəsi OMS0277. X14 və Ekspedisiyalar mərkəzinin aparıcı mütəxəssisi Şəfiyev Şahin tərtib etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi 1 ünvanında yerləşən “Çayka” restoranının ətraf ərazilərində atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarını təyin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixində Departamentin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Ölçmə işləri ANKAT-7664 MİKRO qaz analizatoru vasitəsilə aparılmışdır. Nəticədə CO-7 mq/m3, SO2 – 2,1 mq/ m3 təşkil etmişdir. Bu ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İnzibati xəta haqqında Protokoldan görünür ki, “Çayka” restoranının fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğulardan istifadə edilməməsinə görə G.Ə.Əkbərova Azərbaycan Respublikasının İXM-nin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 51096 saylı Aktda qeyd olunur ki, X15 üzrə Milli Montorinq Depatamenti tərəfindən daxil olmuş xx.xx.2018-ci il tarixli 19/1767 nömrəli məktubda qeyd olunmuşdur ki, Suraxanı rayon Yeni Günəşli qəsəbəsi 1 ünvanında yerləşən X6 məxsus “Çayka” restoranında manqalın bacadan çıxan hissəsində atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması müəyənləşdirilmişdir. Departamentin xx.xx.2018-ci il tarixli BD259 nömrəli Sərəncamına əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı həmin restoranın rəhbərliyinə bildirilmişdir ki, ətraf mühitin mühafizəsi haqqında qanunun 31,39-cu maddəsinin tələblərinin pozularaq inzibati xətalar məcəlləsinin 233.1 və 237.2-ci maddəsi ilə inzibati xəta törədilmiş və qanuna müvafiq olaraq akt və protokol tərtib olunacaq. Restoranın rəhbərliyi tərəfindən akt və protokolun tərtib edilməsində iştirak etməkdən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında xx xxxxxx 2018ci il tarixli, MN seriyalı, ******* saylı qərarından görünür ki, “Çayka” restoranının rəhbəri G.Ə.Əkbərovanın barəsində tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında “Çayka” restoranının fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğulardan istifadə edilməməsinə görə G.Ə.Əkbərova Azərbaycan Respublikasının İXM-nin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasıının İinzibati Xətalar Məcəlləsininin 237.2-ci maddəsi ilə 3.500 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X7 tərəfindən X6 ünvanlanmış məktubdan görünür ki, X6 barəsində yazılmış xx.xx.2018-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı şəhət Ekologiya və X2 aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2018-ci il tarixdə saat 10:00-da Bakı şəhər Ekologiya və X3 dəvət edilmişdir. İş materiallarında olan Suraxanı rayon Yeni Günəşli y/s-də fəaliyyət göstərən “Çayka Pub” adlanan obyektin sahibi X13 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 rəisinə ünvanlanmış izahatda bildirmişdir ki, həmin obyektdə kabab və manqal yeməklərinin təklifi dayandırılmışdır. Obyektdə sadəcə pivə və pivə məzələri təklif olunur. Söz verir ki, manqal fəaliyyət göstərərsə, atmosferə atılan tullantıların qaşsını almaq məqsədilə xüsusi avadanlıq quraşdırılacaq. İş materiallarında olan fotoşəkildən Departamentin əməkdaşlarının yerində araşdırma zamanı “Çayka” restoranına xüsusi qurğunun mövjudluğu, lakin onun quraşdırılmadığı faktı müəyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 233.2-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məjəllənin 237.2-ji maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məjəllənin 17-ji maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. X18 əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə araşdırması zamanı “Çayka” restoranının fəaliyyəti zamanı manqaldan atmosferə atılan tullantıların ətraf mühitə təsirinin normadan artıq olması və ətraf mühitə təsirlərin azaldılmasına görə xüsusi qurğulardan istifadə edilməməsi, nəticədə AHKAT- 7664 MİKRO qaz analizatoru vasitəsilə aparılmış ölçmə işləri zamanı CO-7 mq/m3, SO2 – 2,1 mq/ m3 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114.1, 128-129, 135-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və X1 direktoru X8 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar