Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-923/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Əliyev Şəxs, xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikasının Qacaran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 nömrəli evin 36 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(010)- 2685/2019 nömrəli qətnaməsinə əsasən həmin məhkəmənin 13 yanvar 2014-cü il tarixli, 2(010)-532/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 08 may 2006-cı il təvəllüdlü Əlizadə Ayan Şəxs qızının və 12 may 2007-ci il təvəllüdlü Əlizadə Tunar Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Əliyev Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 320 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Əliyev Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, ŞəxsƏliyev icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Əliyev Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Əliyev Şəxs göstərdi ki, son 06 aya kimi o, tələbkarla bir yerdə yaşamış, həmin müddət ərzində birgə nikahdan olmuş uşaqlarının tələbatları, o cümlədən onların hazırılıq pulları, hazırlığa gedə bilmələri üçün nəqliyyat xərcləri, habelə evin digər xərcləri onun tərəfindən ödənilmişdir. İca sənədi üzrə ödənişlərin əksər hissəsini rəsmi qaydada deyil, yuxarıda qeyd etdiyi kimi, nəğd pul şəkilində etdiyi ödənişləri isə şəxsən tələbkara verdiyindən bütün bunlar rəsmi ödəniş kimi nəzərə alınmamış və nəticədə icra sənədində qeyd edilən borc məbləği yaranmışdır. Halbuki, sadəcə son 06 aydır tələbkarla aralarında olan söz-zöhbətlərdən məcbur olub yaşadığı evi tərk etmiş və həmin vaxtdan da aliment pulu ödəməmişdir. Buna, yəni alimenti ödəyə bilməməsinə digər səbəb isə son zamanlar işsiz olması, eyni zamanda tələbkarın əlindən məcbur olub kirayədə yaşaması olmuşdur. Hazırda isə heç yerdə işləmədiyinə görə maddi vəziyyətli ilə əlaqədar olaraq aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Möhlət veriləcəyi təqdirdə işləyib icra sənədi üzrə aliment borcunu hissə-hissə olmaqla ödəyəcəkdir. Sonda ŞəxsƏliyev məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş ŞəxsƏliyevin yaşadığı ünvana göndərilmiş və sonuncuya icra sənədini dərhal könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Sonradan isə borclu ümumiyyətlə çağırış üzrə gəlməkdən yayınmış, buna görə də onun barəsində axtarış elan edilmişdir. Borclunun halhazırda aliment borcu 7.680 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə ŞəxsƏliyevin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X5 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli, 2(010)-532/2014 nömrəli qətnaməsinə əsasən Əliyev Şəxs uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, ümumilikdə isə 206 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(010)- 2685/2019 nömrəli qətnaməsinə əsasən isə Əliyev Şəxs hər ay hər uşağa görə tutulmuş alimentin məbləği artırılaraq 160 manat, cəmi isə 320 manat müəyyən edilmişdir. Lakin borclu müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən qərəzli olaraq yayınır. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən azad etmir. Borclu hal-hazırda da yalan danışır. Beləki, tələbkarla borclu bir müddət bir evdə yaşasalar da ayrı-ayrı otaqlarda qalmışlar, həmin ərəfələrdə də borclu aliment ödəməmiş, bir valideyin kimi uşaqlarının qayğısına qalmamış, onların maddi təlabatlarını ödəməmişdir. Bundan əlavə borclu, onun qızına fiziki zor tətbiq etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda da həmin cəzasını çəkir. Hazırda yaranmış aliment borcu tərtib edilmiş inzibati protokolda qeyd edildiyi kimi 7.680 manat deyil, 9.301 manat təşkil edir. Sonda M.Q.Bayramov, borclu ŞəxsƏliyevin barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla ŞəxsƏliyevin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 08 may 2006-cı il təvəllüdlü Əlizadə Ayan Şəxs qızının və 12 may 2007-ci il təvəllüdlü Əlizadə Tunar Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Əliyev Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə isə 320 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 17 iyul 2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(010)-2685/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu ŞəxsƏliyevə icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, habelə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, ŞəxsƏliyevin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə ŞəxsƏliyevin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, nəzərə alaraq hesab edir ki, ŞəxsƏliyevə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və ŞəxsƏliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əliyev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Əliyev Şəxs inzibati həbs müddətinin başlanğıcı 08 iyul 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-923/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-923/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver