Məhkəmə qərarları › İş №3(010)-925/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-925/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-925/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov Firdovsi oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə (həmin maddə «Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə» məsuliyyət müəyyən edir) təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən 07 may 2021-ci ildə daxil olmuş 12 oktyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Suraxanı rayon Məhkəməsinin 3(010)-925/2021 saylı 17.05.2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən 07 may 2021-ci ildə daxil olmuş 12 oktyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə geri qaytarılmışdır. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən 09.07.2021-ci il tarixdə Şəxs barəsində toplanmış inzibati xəta haqqında material yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə yuxarıda göstərilən məsələləri araşdıraraq aşağıdakıları qeyd edir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında materialda Suraxanı rayon Məhkəməsinin 3(010)-925/2021 saylı 17.05.2021-ci il tarixli qərardadında qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən təqdim olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda onun tərtib edildiyi tarix göstərilməmişdir. Bundan başqa 12 oktyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda Şəxs komendant saatının tələblərini pozduğu göstərildiyinə baxmayaraq, müvafiq pozuntunun konkret olaraq hansı ərazidə və tarixdə, saat neçədə baş verdiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən 07 may 2021-ci ildə daxil olmuş 12 oktyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar