Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-927/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC barəsində tərtib etdiyi MN seriyalı ******* saylı 07 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 50,000.00 Avro məbləğində olan vəsaiti Bank hesabından 23.05.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 28,400.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin əməkdaşları tərəfindən 07.07.2021-ci il tarixdə tərtib edilmiş İnzibati xəta haqqında MN № ******* saylı protokolundan görünür ki, Şəxs 50.000,00 Avro məbləğində vəsaiti Bank hesabından 23 May 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçsə də 28400 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmişdir. Lakin 07.07.2021-ci il tarixdə tərtib edilmiş İnzibati xəta haqqında MN № ******* saylı protokolda göstərilənlər həqiqəti və obyektiv vəziyyəti əks etdirmir. Belə ki, həqiqətən də Şəxs 50.000,00 Avro məbləğində vəsaiti Bank hesabından 23 May 2019-cu il tarixində "SCHNEİDER ELEKTRİK SƏNAYE VƏ TİCARƏT ANONİM" şirkətinin hesabına köçürtmüş və həmin pul vəsaitinin hesabına alınan 43.200,00 Avro məbləğində malların ölkəyə gətirilməsini təmin edərək, bu barədə **********36619 №-li 29.05.2019-cu il tarixli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir və bu barədə məlumat banka ötürülmüşdür. Belə olan halda cəmi 6.800,00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, 6.800,00 Avro ABŞ dollar ekvivalentində 7.968,24 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi X3 "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 28.11.2016-cı il tarixli 45/1 №-li Qərarına edilmiş 20.02.2020-ci il tarixli əlavəyə əsasən həmin Qərarın 4.3.1.3. bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.Göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin əməkdaşları tərəfindən 07.07.2021-ci il tarixdə tərtib edilmiş İnzibati xəta haqqında MN № ******* saylı protokolda göstərilmiş xüsusatda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, məhkəmədən işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclası barədə məlumat verilməsinə bamayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 25.05.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan 50,000.00 Avro məbləğində ödəniş etmiş və köçürmənin 2 il müddəti tamam olmasına baxmayaraq gömrük bəyannəmələrini təqdim etməyən Şəxs MMC-yə aid köçürmənin bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. İş materiallarında olan Gömrük bəyannaməsindən müəyyən olunur ki, 43.200,00 Avro məbləğində mallar **********36619 №-li 29.05.2019-cu il tarixli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Beləliklə də məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-dəki bank hesabından 23.05.2019-cu il tarixində 50,000.00 məbləğində qabaqcadan köçürülmüş, həmin məbləğin 43.200,00 Avro hissəsi bəyan edilmiş, lakin 6.800,00 Avro hissəsi bəyan edilməmişdir. İşin məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının cbar.az rəsmi saytından çıxarışdan müəyyən olunmuşdur ki, 07.07.2021-ci il tarixdə 1 (bir) Avronun manata olan məzənnəsi 2.0105 manat, 1 ABŞ dollarının isə 1.7000 manat olmuşdur, 6.800,00 Avronun ABŞ dollarına olan məzənnəsi 7943 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməkdikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsinin aparıcı mütəxəssisi X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı 07 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-927/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-927/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver