Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-928/2020 09.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2, ev 10A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X1 materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci ildə saat 08.00-da «Hyundai Getz» minik markalı 90GB106 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində İXP ******* saylı, xx.xx.2020-ci il tarixli X1 protokol tərtib olunmuş və baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X1 protokol tərtib edilmiş Şəxs ittiham olunan inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, xx xxxxxx 2020-ci ildə saat 08.00-da «Hyundai Getz» minik markalı 90GB106 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, «köhnə öküzün dairəsi» deyilən yerdə DYP əməkdaşı tərəfindən saxlanılmış və xüsusi cihaz vasitəsilə sərxoş olub-olmadığı yoxlanmışdır. Hadisə vaxtı o, sərxoş olmayıb. Buna baxmayaraq, DYP əməkdaşı onu aldadaraq bir protokola imza etməsini, həmçinin orada öz xətti ilə güya spirtli içki qəbul etdiyini qeyd etməsini xahiş etmişdir. DYP əməkdaşı həmçinin bildirmişdir ki, müvafiq qeydiyyatı aparıb imza etdikdən sonra çıxıb gedəcək və ona qarşı heç bir tənbeh tətbiq olunmayacaq. Buna inanıb, DYP əməkdaşının xahişini yerinə yetirmişdir. Barəsində X1 iş üzrə icraat aparılan şəxs həmçinin qeyd edir ki, DYP əməkdaşının xahişini yerinə yetirdikdən sonra çıxıb getmişdir. Həmin vaxt barəsində X1 protokol tərtib edildiyini görməyib. Bir qədər sonra barəsində X1 protokol tərtib edildiyini bilmiş və tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq sərxoş olmadığı müəyyən edilib. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı tam sübuta yetirilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X1 icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 rəisi Rəşid Piriyev apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə X1 iş üzrə icraata xitam verilməsinə dair 22 sentyabr 2020-ci il tarixli, 3(010)-928/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2020-ci il tarixli X1 protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə «Hyundai Getz» minik markalı 90GB106 dövlət qeydiyyat nişanlı avtomobilli sərxoş vəziyyətdə idarə etmişdir. X1 materiala əlavə edilmiş alkotestr müayinəsi çıxarışından görünür ki, xx.xx.2020ci ildə Şəxs 0.418 promilli alkoqolun konsentrasiyası müəyyən edilmişdir. X1 materiala əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 08:00-da tərtib olunmuş protokoldan görünür ki, Şəxs alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 10:15-də tərtib olunmuş protokoldan görünür ki, müayinənin nəticəsi olaraq Şəxs ayıq olması müəyyən edilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin Qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixdə, saat 10:15-də tərtib olunmuş protokolun göstəricələrinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixdə, saat 08:00-da aparılmış ilkin müayinə zamanı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, onun özü də izahatında göstərmişdir ki, alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Qeyd olunan müayinədən uzun müddət, təxminən iki saat sonra Şəxs öz təşəbbüsü ilə keçirilmiş sonrakı müayinə ilə isə onun artıq sərxoş olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şəxs avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Müəyyən müddət keçməsindən sonra şəxsin artıq sərxoş olmaması faktı onu qeyd olunan maddə ilə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməli və ona maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətaları törətmiş şəxs Şəxs şəxsiyyətini və iş üçün əhəmiyyətli olan digər halları nəzərə alaraq, onun cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin.. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-928/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-928/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver