Məhkəmə qərarları › İş №3(010)-929/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-929/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-929/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxx 1990-cı ildə, Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 3, 58 nömrəli mənzildə qeydiyyatda olan, barəsində Bakı şəhəri Baş Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Baş Dövlət X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi “LADA 21214” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2019-cu il tarixdə, saat 23:40-da idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, xüsusi texniki vasitənin köməyi ilə sərxoşluq vəziyyəti ACE-Z markalı İN-642092 nömrəli alko testerlə müyyən olduğu, həmçinin özünündə polisə ifadəsində spirtli içki qəbul etdiyini qeyd etmiş bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının olduğu, həmçinin özünündə polisə ifadəsində spirtli içki qəbul etdiyini qeyd etmişdir. Şəxs həmin protokolda öz imzası ilə spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, 400 (dörd yüz) manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəməyə daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.1, 101.1 və 101.2-ci maddəsinin tələbləri pozularaq cari il üzrə tərtib edilməli olan protokol bir il əvvələ yəni “2019-cu” il tarixə tərtib olunmuş. İşin mahiyyəti üzrə baxdıqda və iş üzrə olan digər sənədlərdən görünür ki, baş vermiş xəta cari il üzrə olmuşdur. Yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş protokol “xx xxxxxx 2019-cu il” tarixli deyil, “xx xxxxxx 2020-ci il” tarixi ilə qeydə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş “xx xxxxxx 2019-cu il” tarixli protokol səhvdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar səhv olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxslərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxxxx 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Baş Dövlət X6 Dövlət X5 inspektoru polis kiçik serjantı X1 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar