Məhkəmə qərarları › İş №3(010)-929/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-929/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-929/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində üç azyalı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 137 nömrəli evin 71 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 2.700 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə əsasən ondan 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsait tutularaq X4 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı icra sənədini birdəfəlik icra etməyə imkan vermir. Belə ki, himayəsində üç azyaşlı uşağı var, habelə pandemiya ilə əlaqədar olaraq işləyə bilməmişdir. Məhz bu səbəbdən də icra sənədi üzrə hal-hazıradək cəmi 300 manat ödəniş etmişdir. Hazırda isə o, icra sənədi üzrə 600 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə olmaqla ödəyəcəyinə dair tələbkarla öz aralarında razılığa gəldiklərinə görə sonuncu iş üzrə icraata xitam verilməsini xahiş edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazıradək borclu tələbkarın xeyrinə cəmi 300 manat ödəniş etmiş, icra sənədi üzrə ödənilməmiş borc məbləği 2.700 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 600 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə əsasən 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsait Şəxs onun xeyrinə tutulmuşdur. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən maddi vəziyyətinin ağır olmasını əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun maddi vəziyyətinin ağır olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hal-hazırda borclu ona 600 manat ödəniş etmiş, qalan məbləğin isə hər ay hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. X1 iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsait tutularaq X4 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 23 oktyabr 2020-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 23 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli, 2(010)-2753/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 15 iyul 2021-ci il tarixli ərizələrdən görünür ki, icra sənədi üzrə tələbkar X6 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 600 manat məbləğində vəsaiti qəbul etmiş, qalan borcun isə (02 ayda 300 manatı ödəməklə) ödənilməsinə dair öz aralarında razılığa gəlmişlər və X6 iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs isə borc məbləğini razılaşmaya uyğun olaraq ödəyəcəyinə öhdəlik götürmüşdür. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs, icra sənədi üzrə tələbkar X4 600 manat ödəniş etmiş, qalan məbləğin isə ödənilməsi barədə tərəflər öz aralarında razılığa gəldiklərinə görə sonuncu inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə borclu Şəxs tələbkara 600 manat ödəniş etdiyini, qalan məbləğin ödənilməsi barədə tərəflərin öz aralarında razılığa gəldiklərini, icra sənədi üzrə tələbkar X2 borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədinin icrası üçün real hərəkətlər etdiyi halda onun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-2753/2020 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar