Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-934/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun, tələbkar X1 nümayəndəsi X2 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 18449, 1/93, 68 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş xx xxxxxxx 2019-cu il tarixli 2(010)-4938/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 70.000 manat məbləğində pul tutularaq tələbkar X3 ödənilməlidir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş, icraata başlanılaraq borclu Şəxs qərar və bildiriş verilmişdir. xx.xx.2020-ci il tarixdə borclu Şəxs şöbədə verdiyi izahatında məhkəmə qərarından narazı qaldığını və apellyasiya şikayəti verəcəyini göstərmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə borclu Şəxs şöbədə verdiyi izahatlarında borcunu ödəmədiyini göstərmişdir. Bununla əlaqədar borclu ilə dəfələrlə əlaqə saxlanıldığına, borcunu ödəməsi zərurəti dəfələrlə diqqətinə çatdırıldığına baxmayaraq o, bu günədək borcunu bağlamayıb. Onun borcun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olubolmadığı araşdırılmış, nəticədə belə əmlaka malik olmadığı müəyyən edilmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Şəxs borcunu bu günədək ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin qeyd edir ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar borcun ödənilməsi və ya müvafiq malların sahibinə qaytarılaraq onunla razılıq əldə olunması istiqamətində heç bir tədbir görə bilməyib. Əməlindən peşmandır və tələbkarla razılıq əldə olunması üçün özündən asılı olan bütün tədbirləri görəcək. İşin məhkəmə baxışı zamanı tələbkar X1 nümayəndəsi X4 bildirmişdir ki, borclu məhkəmə tərəfindən qət olunmuş məbləğdən bu günədək heç bir ödəniş etməyib. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-934/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-934/2020
08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver