Məhkəmə qərarları › İş №3(010)-934/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-934/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-934/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq Y/S, döngə 9 nömrəsiz evdə yaşayan. Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində ictimai qaydanı pozaraq, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında bildirdi ki, o, 12 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 32-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X1 ifadəsində bildirmişdir ki,12.07.2021-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra etmək məqsədi ilə inzibati ərazidə gəzərkən,Qaraçuxur qəsəbəsi R.Alıcanov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışdır. Belə ki, son vaxtlar xidməti ərazidə baş verən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınmasından ötrü proflaktik tədbirlərin davam etdirilməsi məqsədi ilə həmin şəxsə özlərini təqdim edib, şəxsiyyəti təsdiq edən sənədi soruşmuş, lakin sənəd olmadığ üçün ətraflı araşdırmanın aparılması üçün PB-nə dəvət edilmişdir.Həmin şəxs ona yaradılmış vəziyyətdən sui istifadə edərək qaçmağa cəhd göstərmiş və qanuni göstərişlərə əməl etməkdən boyun qaçırmaqla tebesizlik göstərmişdir. PB-də həmin şəxs öz tabesizlik hərəkətlərini davam etdirək, polis əməkdaşları ilə mübahisə edərək əlqol hərəkətləri ilə bir neçə dəfə polis əməkdaşlarını vurmaq istəsə də, qarşısı alınmışdır. PB-də həmin şəxsin 2003-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 32-ci PB-nin CA üzrə kiçik inspektoru X2 analoji ifadə vermişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Eldar Rəhimov tərəfindən tərtib olunmuş 12 iyul 2021-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə,həmçinin şahid ifadələri ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin iş materiallarında olan 12 iyul 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan müəyyən olunur ki, Şəxs 12 iyul 2021-ci il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. İnzibati həbs etmənin əvvəli 12 iyul 2021-ci il tarixdən, saat 12:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar