Məhkəmə qərarları › İş №3(010)-937/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-937/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-937/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X9 qızının katibliyi, tələbkar «xxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun iştirakı ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlunun tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı ildə verilmiş xx xxxxxx 2016-cı il tarixli 2(010)-336/2016 nömrəli icra vərəqəsinə əsasən borclular Şəxs 2.740 manat əsas, 304.14 manat faiz, 140.08 manat cərimə borcu, X1 isə 1.827 manat əsas, 199.14 manat faiz, 159.97 manat cərimə borcu, cəmi borclulardan 5.370.33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tələbkar X7 Təşkilatı “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2017-ci ildə verilmiş xx xxxxxxx 2012-ci il tarixli 2(010)-2748/2012 nömrəli icra vərəqəsinə əsasən əsas borc olaraq 781 manat, cərimə olaraq 200 manat, cəmi 981 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Şəxs və X2 müştərək qaydada tutularaq “xxxxxxxxxxx” MMC-nə verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxx 2016-cı ildə verilmiş xx xxxxxx 2016-cı il tarixli 2(010)-336/2016 nömrəli icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra xx xxxx 2016cı ildə icraata başlamaq haqqında qərar qəbul edilərək borcun könüllü ödənilməsi ilə bağlı borclunun ünvanına bildiriş göndərilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2017-ci ildə verilmiş xx xxxxxxx 2012-ci il tarixli 2(010)-2748/2012 nömrəli icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra xx xxxxx 2017-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilərək borcun könüllü ödənilməsi ilə bağlı borclunun ünvanına bildiriş göndərilmişdir. İcra məmurunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəxs barəsində olan icra sənədləri ümumi icraata birləşdirilmişdir. Borclu xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixlərdə icra şöbəsinə dəvət olunmuş, öz izahatlarında bildirmişdir ki, borc onun tərəfindən götürülmədiyinə görə məhkəmə aktlarını icra etməyəcək. İcra sənədinin icrası ilə əlaqədar borclunun adına hər hansı bir əmlakın olub-olmaması barədə müvafiq orqanlara sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Tələbkar «xxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də Şəxs həqiqətən də borcun dan bu günədək heç bir ödəniş etməyib. Ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, müvafiq borc məbləğləri ona deyil, əmisi oğluna aiddir. Bu səbəbdən də məhkəmə aktları ilə müəyyən edilmiş məbləğləri ödəməyəcək. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu ötən dövrdə borcundan heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən saat 18.40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar