Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-938/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı X2 tərəfindən verilmiş «iddia ərizəsi»nə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ Yol Patrul Xidmətinin baş inspektorunun xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərarın ləğvi ilə bağlı «iddia ərizəsi» ilə məhkəməyə müraciət edib. X3 Adiloğlu iddiaçı, Suraxanı DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru polis leytenantı X1 isə cavabdeh kimi qeyd olunub. «İddia ərizəsi»ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, «İddia ərizəsi»ndə göstərilən məsələnin (qərarın ləğvi və s.) həlli ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil şikayətlə müraciət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı X2 tərəfindənverilmiş «iddia ərizəsi» geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-938/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-938/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver