Məhkəmə qərarları › İş №3(010)-938/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-938/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-938/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 13 fevral 2023-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 13 fevral 2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasənda iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin polis sahə inspektoru X2 tərtib etdiyi MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 13 fevral 2023-cü ildə inzibati ərazidə baş vermiş mənzil oğurluqları ilə bağlı şübhəli şəxs qismində saxlanılaraq şəxsiyyətini təsdiq edən sənədləri tələb olunduqda, sənədlərin üzərində olmadığını dediyi üçün 30-cu polis şöbəsinə dəvət olunmuşdur. Şəxs saxlanılarkən polisin qanuni tələbinə məhəl qoymayaraq özünü təqdim etməkdən imtina etmiş, dəfələrlə vətəndaşa qanun və hüquqi cəhətdən düzgün olan qaydada davranışlara riayət etmək barədə xəbərdarlıq olunsa da, şəxs əməllərindən heç bir nəticə çıxarmayaraq polisin qanuni tələbinə tabe olmaqdan əl qol hərəkətləri ilə yayınaraq polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək, izahatında göstərmişdir ki, 13 fevral 2023-cü ildə Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı evin yaxınlığında bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxs vəsiqəsini göstərərək, özünü 30-cu polis şöbəsinin polis əməkdaşı olaraq təqdim etmişdir. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənədi istəyərkən, onun üzərində heç bir sənədin olmadığını ona bildirmişdir. Polis əməkdaşı isə onun şəxsiyyətini təsdiq etmək üçün 30-cu polis şöbəsinə dəvət etmişdir. O, buna etiraz edərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bu zaman aralarında mübahisə düşmüşdür. Polis əməkdaşı ona maşına əyləşib birlikdə polis şöbəsinə getməsini bildirdikdə, o, əl-qol hərəkəti ilə mübahisə etmişdir. Törətdiyi əmələ görə peşmandır. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Xəta haqqında protokol ilə, Şəxs iş materiallarında olan izahatı,məhkəmə iclasında verdiyi ifadəsi həmçinin şahidlərin ifadələri ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiklərinə baxmayaraq,bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 13 fevral 2023-cü il saat 21:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar