Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-941/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 253.5.1 və 253.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 253.5.1 və 253.4-cü maddələri ilətəqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 100.1.7 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları», «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» göstərilməlidir. Eyni Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda Şəxs ASC-nin nümayəndəsi kimi özünü təqdim edən “Şəmsəddin” adlı şəxsinizahat verməkdən, habelə hüquqlarının və vəzifələrinin izah olunduğuna dair qeydi və ümumiyyətlə protokolu imzalamaqdan, həmçinin inzibati xəta haqqında protokolun surətini qəbul etməkdən imtina etdiyi göstərilir. Həmin «imtina etdi» qeydləri protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən aparılmış, lakin bu qeydlərin həqiqətə uyğunluğu heç bir mötəbər sübutla (məsələn, akt və yaxud hal şahidlərinin cəlb edilərək protokolun müvafiq bölmələrini imzalamaları və s.) təsdiqlənmir. Ümumiyyətlə “Şəmsəddin” adlı şəxsin Şəxs ASC ilə hansı əlaqədə olması iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi ilə bağlı müraciət olunduğu da (məsələn, məktub göndərildiyi) iş materialları ilə müəyyən edilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X4 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Şəxs ASC-nin hüquqlarının təmin olunması üçün zəruri tədbirlər görüldüyü (nümayəndənin dəvət edildiyi), ona hüquqlarının və vəzifələrinin izah edildiyi və s. zəruri prosessual hərəkətlərin həyata keçirildiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla müəyyən olunmur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXMnin 61-ci maddəsində nəzərdə tutulan və s. hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 253.5.1 və 253.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X1ytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-941/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-941/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver