Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-941/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 21 fevral 2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin Qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Hövsan Lounge” restoranında aşbaz işləyən X3 xx.xx.2023-cü il tarixdə iş vaxtı bıçaqla əlini kəsib xəsarət alması faktı əsasında rayon prokurorluğunda aparılan araşdırma zamanı əldə edilmiş məlumatlar olmuşdur. Fiziki şəxs Şəxs (FİN: xxxxxxx) - xx-xx-1978 il tarixində Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 5, mənzil 64 qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, polislərin onunla ədavət apardıqları üçün ona ilişdiklərini, onun restroranına hər bir şeyin yerli yerində olduğunu, bu hadisə hər bir evdə də baş verə biləcəyini, ümumiyyətlə baş aşbazın əlcək taxmadığını və heç bir restoranda aşbazların xüsusi əlcək taxmadıqlarını, həmin restoranda aşbazın əlcək taxdığını, lakin qoruyucu əlcək olmadığını, belə ki, kəsici və deşici vasitələrdən onu qorumadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 əlin ovuc səthinin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət kəsici kənara malik alətin təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və özünün dediyi şəraitdə bıçaqla törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyindən görünür ki, X6 əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair .təlimatlandırılıb bilikləri yoxlanılmadan və fərdi mühafizə vasitələri (konkret halda əlcək) ilə təmin edilmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Hovsan Lounge” restoranında aşbaz kimi işlərin görülməsinə cəlb edildiyinə görə, 'Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-'89 DÜST”-ün 2.1, 2.5 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı”nın 1.2, 4.4 bəndlərinin tələbləri fiziki şəxs Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Hövsan Lounge" restoranında aşbaz işləyən X3 xx.xx.2023cü il tarixdə iş vaxtı bıçaqla əlini kəsib xəsarət almasına dair rayon prokurorluğuna material daxil olmuş və həmin materialın araşdırılması müstəntiq Murad Əlişanova tapşırılmışdır. Araşdırma zamanı ********** saylı VÖEN əsasında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Hövsan lounge” adı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməklə aşbaz kimi işlərin görülməsinə cəlb edilmiş X3 xəsarət alması faktına görə hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 162-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarında olan X6 izahatında bildirmişdir ki, Şəxs ilə bağlanmış əmək müqaviləsi əsasında "Hovsan Lounge” restoranında aşbaz işləyir. Aylıq olaraq 650 manat nağd formada əməkhaqqı alır. xx.xx.2023-cü il tarixdə işdə olarkən yemək hazırlamaq üçün əti bıçaqla porsiyalara ayırmaq istəyən zaman bıçaqla əlinin içini kəsmişdir. Müdirinin adı Şəxs olmaqla, faktiki rəhbərliyi sonuncu həyata keçirir. Şəxs tərəfindən işə başlamazdan əvvəl bıçaqla iş görmək üçün əlcək kimi fərdi mühafizə vasitəsi ilə təmin edilməmiş və təlimatlandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 21 fevral 2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlində inzibati məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-941/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-941/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver