Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-942/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs 11 iyun 2021-ci il tarixdə X2, aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, 11 iyun 2021-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı evdə olduğu zaman, X3 yanındakı uşaqlarla birlikdə qapılarına gəlmiş və qapını təpiklə döymüşdür. O, qapını açdıqda, Sona onun oğlu Elmanın sinəsindən tutaraq sirkələmiş və onun ailə üzvlərini təhqir etmişdir. Lakin, o, Sonanın nalayiq ifadələrinə məhəl qoymamış, uşağını içəri alaraq qapını bağlamaq istədikdə, Sona buna imkan vermək istəməsə də, güclə qapını bağlamışdır. O, Sonanı döyməmiş, sonuncuya hər hansı bir xəsarət yetirməmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, o, 11 iyun 2021-ci il tarixdə evdə olduğu zaman, 12 yaşlı oğlu ağlayaraq evə gəlmiş və onun həyətdə olan yoldaşları tərəfindən çəkisinin çox olmasını göstərərək, ona lağ etdiklərini bildirmişdir. O da, bu məsələni aydınlaşdırmaq üçün həyətdə olan və oğluna lağ edən uşaqlarla birlikdə sonunjuların evinə, valideynlərinin yanına getmişdir. O, bu uşaqların yaşadığı evə getdikdə, sonunjuların valideynləri onu nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. O, isə onların təhqir etdiyi sözləri özlərinə qaytarmışdır. Bundan sonra həmin uşaqlardan birinin valideyni olan Şəxs ona əl ataraq saçından yolmuş, əl ilə üz hissənə cırmaq atmışdır, ondan aralanan zaman isə təpik ataraq sağ böyrək hissənədə xəsarət yetirmişdir. Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 11.06.2021-ci il tarixli 570 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Vət. S.S.Nəsirovanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazunun, burunun və üst dodağın cızıqları. Qeyd edilən xəsarətlər iti uca malik əşyanın (əşyaların, ola bilsin iti uclu dırnaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.06.2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə demək olar ki, həmin xəsarətləriin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınmalası inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin məişət mübahisəsi zəminində baş verməsi, inzibati xətanı törətmiş şəxsin qadın olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-942/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-942/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver