Məhkəmə qərarları › İş №3(010)-944/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-944/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-944/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 18 fevral 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev verdiyi izahatında bildirmişdir ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 30 aprel 2024-cü il tarixdə icraata başlanılmış, cavabdehə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə cavabdehin ünvanına göndərilmişdir. Bundan əlavə cavabdehin izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixdə Şəxs barəsində axtarış verilmiş və Şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə könüllü gəlmiş və izahatı alınmışdır. Şəxs icra şöbəsində olan zaman müəyyən sənədlər təqdim edərək bildirmişdir ki, həmin icra işi Suraxanı Rayon İcra Şöbəsində baxıla bilməz və mübahisəli torpaq sahəsi Nizami rayonunun inzibati ərazisinə düşdüyündən işə Nizami Rayon İcra Şöbəsində baxılmalıdır. Qeyd olunan hal araşdırılsa da icra işinin aidiyyətinin konkret olaraq hansı əraziyə düşməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də inzibati xəta haqqında materialların geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə sənədlər təqdim edərək izahatında bildirmişdir ki, Suraxanı rayon icra şöbəsində barəsində olan icra işi ilə bağlı məlumatı olmamışdır. Xəbər tutduqdan sonra xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə könüllü gəlmiş və izahatı alınmışdır. Bildirmişdir ki, həmin icra işi Suraxanı Rayon İcra Şöbəsində baxıla bilməz və torpaq sahəsi Nizami rayonunun ərazisinə düşdüyündən işə Nizami Rayon İcra Şöbəsində baxılmalıdır. Buna görə də inzibati xəta haqqında materialların geri qaytarılmasını və icra işinin adiyyəti üzrə Nizami rayon icra şöbəsinə göndərilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-16(010)-111/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən ərizəçi X9 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0.1455 ha olan torpaq sahəsindən ərizəçinin sərbəst istifadə etməsinə mane olan hər hansı bir hərəkətin edilməsi, eyni zamanda ərizəçinin torpaq sahəsinə sərbəst giriş-çıxışı üçün cavabdehlər Şəxs və X16 tərəfindən yaradılan maneələr onlara və digər şəxslərə qadağan edilsin və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulsun. İş materiallarında olan icraata başlamaq haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e- 16(010)-111/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, cavabdehlər Şəxs və X13 icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 30 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, e-16(010)-111/2024 nömrəli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs və X10 xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna və zəruri sübutlar toplanmadığına görə geri qaytarılmalıdır. İş materiallarında olan cavabdeh X11 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı çıxarışdan görünür ki, çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0.1455 ha təşkil edən torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan 03 dekabr 2018-ci il tarixli, 18199 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş həyətyanı sahə mişar daşı ilə hasara alınmış, faktiki ölçüsü 0.1421 hektardır, ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırılıb sxemlər hazırlanmışdır. Elektron baza məlumatlarına əsasən koordinatları müəyyən edilməklə ölçülmüş əraziyə cavabdeh X1 0.1454 hektar reyestr nömrəsi **********49 olan çıxarış və plan-ölçü sənədi verilmişdir. Tərəflər arasındakı mübahisəli torpaq sahəsi cavabdeh X12 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışda reyestr nömrəsi **********49 olan torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş Bakı şəhəri, Suraxanı raynu, Qaraçuxur əsəbəsində yerləşən ümumi sahəsi 0.1455 ha olan torpaq sahəsidir. Tərəflər arasındakı mübahisəli torpaq sahəsi iddiaçı X15 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı № ******* saylı çıxarışda MH seriyalı № ******* saylı çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin çıxarışla torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. MH seriyalı № ******* saylı çıxarışın plan-ölçü sənədi (koordinatları) olmadığı üçün həmin RX serivalı N2 ******* saylı çıxarışın (reyestr nömrəsi **********49 olan) planı və ölçüsü (koordinatlar) olduğu RX seriyalı № ******* saylı çıxarışla üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisəli faktiki ölçüsü 0.1421 hektar olan torpaq sahəsinin naturada koordinatları müəyyənləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 26 yanvar 2021-ci il tarixli, № **********50 nömrəli məktubunu təqdim etmişdir. Məktubda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı əsasında X7 icarəsinə verilmiş 1140 kv.metr torpaq sahəsinin, X3 icarəsinə verilmiş 810 kv.metr torpaq sahəsinin, X5 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsinin və X4 icarəsinə verilmiş 299 kv.metr torpaq sahəsinin koordinatlarına əsasən inzibati ərazisinin təyin edilməsinə köməklik göstərilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı araşdırılma aparılmış və sözügedən ərazilərin Nizami rayonunun inzibati ərazisinə aid olunması müəyyənləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, № 3-16-16/2-10/1750 nömrəli ekspert rəyini təqdim etmişdir. Ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin 30 iyun 2021-ci il tarixli, **********50 nömrəli məktubunun məlumatlarını Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, "Bələdiyyənin Statusu haqqında’ Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini "Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizamı rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarını (kadastrportali.az) nəzərə alaraq, iddiaçı X8 icarəsinə verilmiş 1050 kv.metr torpaq sahəsi, Bakı şəhəri, Nizami Rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-cı məhəllədə yerləşən torpaq sahəsinin X12 məxsus olan **********49 reyestr nömrəsi ilə qeydiyyata alınan torpaq sahəsi ilə, Bakı şəhər Nizami Bələdiyyəsinin 10 saylı 21 sentyabr 2007-ci il tarixli qərarına əsasən X5 icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə X20 və Ekspertiza Mərkəzi MMC-nin 27 yanvar 2025-ci il tarixli, № 10 nömrəli ekspert rəyini təqdim etmişdir. Ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinin 10 saylı 21 sentyabr 2007-ci il tarixli qərarı ilə X6 ayrılmış Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 810 kv.metr torpaq sahəsinin naturada yeri bələdiyyə tərəfindən tərtib edilmiş cizgi sxemə əsasən müəyyən edilmişdir. X6 ayrılmış torpaq sahəsi Bakı şəhəri Nizami rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. Seriya RX № ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X9 mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X6 ayrılmış torpaq sahəsinin 0,0750 ha hissəsinin üzərinə işlənmişdir. ünvan 1 ünvanı ilə ünvan 2yil, aralarındakı məsafə təqribən 1600 metr təşkil etmişdir. X9 mülkiyyətində olan torpaq sahəsinin yerini Seriya RX № ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əlavə olunmuş A № 018951 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənməsinə əsas olmuş X2 məxsus JN-2270D (kod-********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən rəyin tədqiqat hissəsində göstərilənlər səbəbindən müəyyən etmək mümkün olmamışdır. İş materiallarına cavabdehin qanunsuz hərəkətləri ilə bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. İkinci növbədə, iddiaçının cavabdehdən şikayətçi olması ilə bağlı hər hansı bir sənəd, şikayət iş materiallarına əlavə olunmamış, pozuntularla bağlı akt tərtib olunmamış və iddiaçının məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Üçüncü növbədə isə məhkəmə qeyd edir ki, cavabdehin məhkəmə iclasında təqdim etdiyi sənədlərdən görünür ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunan torpaq sahəsi Nizami Rayon inzibati ərazisinə düşdüyündən icra işi ərazi adiyyəti üzrə Nizami Rayon İcra Şöbəsində icra olunmalıdır. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev yuxarıda göstərilən halları araşdırmamış və ərazi aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə, yəni qeyd olunan torpaq sahəsi Nizami rayon ərazisində yerləşdiyindən Şəxs barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi də mümkünsüzdür. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 18 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar