Məhkəmə qərarları › İş №3(010)-946/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-946/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-946/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar X2 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 mənzil 5 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxx 2020-ci ildə verilmiş xx xxxx 2020-ci il tarixli 2(010)-1322/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 13.339 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 2(010)- 2672/2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 853.59 manat borc və ödənilmiş 20 manat məbləğində pul vəsaitinin kreditor “xxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 2(010)- 1102/2016 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 4.318,06 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli 2(010)- 7613/2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 3.265,43 manat məbləğində borc, 23 manat notariat xərci borcu və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu kreditor “xxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli 2(010)- 1816/2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs cəmi 1659,17 ABŞ dolları borcunun AZN-ə məzənnəsi nəzərə alınmaqla AZN-lə və məhkəməyə müraciət olunması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor «xxxxxxx» KB X4 verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədləri Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərarlar verilərək borclunun ünvanına onların surəti və müvafiq bildirişlər göndərilmişdir. İcra sənədlərinin icrası ilə bağlı borclu Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, icra sənədlərinin icra edilməsi ilə əlaqədar şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ Suraxanı Rayon Məhkəməsinin 2(010)-7613/2015 nömrəli icra sənədi üzrə yaranmış borc icra edilənədək məhdudlaşdırılmışdır. xx xxxx 2020-ci ildə, xx xxxx 2020-ci ildə borclu İcra və probasiya şöbəsinə gələrək izahat vermiş, izahatında icra sənədlərində göstərilən borc məbləğlərini maddi imkanının yaxşı olmaması səbəbindən ödəmədiyini bildirmişdir. İcra məmurunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmiş və Suraxanı RPİ-in 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci ildə saxlanılaraq Suraxanı rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu gün üçün ümumi borcu 24.691 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Tələbkar X3 da işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermiş, həmçinin bildirmişdir ki, borclu tərəfindən ona bu günədək cəmi 300 manat məbləğində pul ödənilib. Qalan borc isə ödənilməyib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qadın olması və əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar