Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-946/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 26.04.2021-ci il tarixli TP seriyalı ******* saylı qərarından X1 baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. X2 rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 26.04.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 izahat verərək bildirmişdir ki, o, 20.02.2021-ci il tarixində H.Əliyev prospektinin Suraxanı rayonu ərazisinə düşən hissəsində ona məxsus “Mercedes BENZ 190” minik markalı “**-OR-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən DYPİ-nin əməkdaşı onu saxlamış, DYPİ-nin polis polkovnik X8 tərəfindən barəsində protokol İXP ******* saylı protokol tərtib edilmişdir. Protokolda onun “X9” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmağı qeyd olunaraq, İnzibati Xətalar Məcəlləsinin 333.1-cı maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Belə ki, İXP ******* saylı protokolda onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi göstərilmişdir. Lakin o, 20.02.2021-ci il tarixdə “Mercedes BENZ 190” minik markalı “**-OR-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. O, 20.02.2021-ci il tarixli İXP ******* saylı protokolun tərtib olunmasına etiraz etsə də, inspektor onunla razılaşmamışdır. Bundan sonra o, dərhal sərxoşluq vəziyyətinin müəyyən olunmsı üçün Tibb müəssisəsinə gedərək, müayinədən keçərək, həmin tarixdə sərxoş olmadığı barədı 2/2140 saylı protokol almışdır.DYPİ-nin əməkdaşı heç bir qanuni sübut göstərmədən, öz versiyasını sübuta yetirmədən barəsində “X9” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq 400 manat məbləğində cərimə edilməyi barədə 26.04.2021-ci il tarixli qərar qəbul etmişdir. Odur ki, məhkəmədən Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 26.04.2021-ci il tarixli TP seriyalı ******* saylı qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X3 şikayət ərizəsinə baxılması 09.08.2021-ci il tarixə saat 1000-a təyin edilməsi, İXP ******* saylı 20.02.2021-ci il tarixli protokola dair sübutların məhkəməyə təqdim edilməsi və protokolu tərtib etmiş inspektorun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə Bakı şəhər DYPİ-nə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və İXP ******* saylı 20.02.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Bakı şəhər X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən şəxsi dinləyərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, X7 20.02.2021-ci ildə «MERCEDES BENZ 190» minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən saxlanılmış və Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsı ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş 20.02.2021-ci il tarixli, 2/2140 saylı “Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X7 20.02.2021-ci il tarixdə saat 10:00-da tibbi müayinə olunarkən ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Bundan əlavə şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, məhkəmənin 26.07.2021-ci il tarixli məktubu ilə Bakı şəhər X12 İdarəsinə sorğu verilərək, İXP ******* saylı 20.02.2021-ci il tarixli protokola dair sübutların məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmçinin protokol tərtib etmiş inzibati orqanın nümayəndəsinin iştirakının təmin edilməsi xahiş olunsa da, hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, protokolu tərtib etmiş yol polisi əməkdaşı məhkəmə iclasında iştirak etməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 400 manat məbləğində cərimə edilməsi ilə bağlı 26 aprel 2021ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bakı şəhər DYPİ-nin polis polkovniki X8 tərəfindən X7 20 fevral 2021-ci il tarixdə saat 07:10-da H.Əliyev pr adlanan ərazidə “Mercedes BENZ 190” minik markalı “**-OR- ***” dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi işdəki hansı mötəbər sübutlarla sübut olunması aydınlaşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, sübutların məhkəməyə təqdim olunmasına dair məhkəmə tərəfindən sorgu ilə müraciət olunmasına baxmayaraq, bu sübutlar məhkəməyə təqdim olunmamışlar. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilərək iş materiallarına əlavə edilmiş həkim rəyindən də müəyyən olunmuşdur ki, X7 20.02.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Bununla da, X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.4 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Göstərilənlərin işığında şübhəsizdir ki, X3 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün inzibati araşdırma aparılmalı, hadisənin bütün ziddiyyətli məqamları aradan qaldırılmalı, baş vermiş xətanın dəqiq mahiyyəti müəyyən olunmalı, həmin xətaya düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə bu nəticəyə gəlir ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 26.04.2021-ci il tarixli TP seriyalı ******* saylı qərarı ləğv edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin X13 İdarəsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 aprel 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-946/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-946/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver