Məhkəmə qərarları › İş №3(010)-950/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-950/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-950/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 06.07.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 06.07.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X3 06.07.2021-ci ildə saat 00:38-də Bakı şəhəri Samir Cəfərov küçəsi, Massiv V (Y/Günəşli) 12 ərazisində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon polis İdarəsinin 33-cü Polis Bölməsinin 06.07.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, 05.07.2021-ci il tarixdə tanışları ilə birgə Yeni Günəşli qəsəbəsi, Massiv V, Samir Cəfərov küçəsi 12 ünvanında yerləşən futbol meydançasında futbol oynamağa getmişdir. Həmin gün təxminən 23:45 radələrində futbol yekunlaşdıqdan sonra onlar geyinmə otağına getməyi planlaşdırarkən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin, 33-cü Polis Bölməsinin əməkdaşları ona və digər tanışlarına yaxınlaşıblar. O və tanışları tək-tək növbə ilə içəri geyinmə otağına girməyi planlaşdırıblar. Bu zaman o, geyinmə otağının qarşısında dayanmışdır. Polis əməkdaşı ilkin olaraq onlara bildirmişdir ki, yaxınlıqdakı bina sakinləri səs-küy olmasından şikayət etdiyi üçün gəliblər. O, bildirmişdir ki, artıq futbol yekunlaşmışdır və onlar evilərinə gedirlər. Həmçinin bildirmişdir ki, səs küy məsələsi ilə bağlı stadion rəhbərliyinə müraciət edilməsi məqsədəmüvafiqdir. Çünki, stadion iş rejimi elə planlaşdırılmalıdır ki, vətəndaşları narahat etməyən vaxtda futbol oynanılması təşkil edilsin. Bundan sonra Polis əməkdaşları ona maskadan istifadə etmədiyi üçün karantin qaydalarını pozduğunu bildirmişdir. Buna görə də əsasız olaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 06.07.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə o, 200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin, 33-cü Polis Bölməsinin 06.07.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olmadığı, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən və hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarının 2.1-ci bəndi ilə 2021-ci il 31 may saat 06:00dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. Açıq havada maska taxılması tələbi olmadığı halda, qanunsuz olaraq, maska taxılmamasına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, Suraxanı rayon Polis İdarəsinin, 33-cü Polis Bölməsinin əməkdaşları açıq havada maska tələbi olmadığı halda, bunu nəzərə almamışlar. Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Bakı şəhəri, Suraxanı rayon polis İdarəsinin 33-cü Polis Bölməsinin 06.07.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv ediilərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə və EXP ******* saylı 06.07.2021-ci il tarixli protokolu tərtib etmiş 33-cü PB-nin sahə inspektoru X2 məhkəmə iclasında iştirakının təmin edilməsi və protokola dair sübutların məhkəməyə təqdim edilməsi barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq, Suraxanı rayon Polis İdarəsinin 33-cü PB-nin sahə inspektoru X4 məhkəmə iclasına gəlməmiş və protokola dair sübutların məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 06.07.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Respublika paytaxtı, Küçə, 06.07.2021-ci ildə Bakı şəhəri Samir Cəfərov küçəsi, Massiv V (Y/Günəşli) 12 ərazisində X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Lakin həmin protokolda X1 həmin xətanı Respublika paytaxtı, Küçə, 06.07.2021-ci ildə Bakı şəhəri Samir Cəfərov küçəsi, Massiv V (Y/Günəşli) 12 ərazisində törədildiyi qeyd edilmişdir. Bununlada müəyyən olunur ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 06.07.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokol 06 iyul 2021-ci il tarixdə Respublika paytaxtı, Küçə ərazisində tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki: 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarı 06 iyul 2021-ci il tarixdə qüvvədə olmuş və X3 barəsində 06.07.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol və həmin protokol əsasında 06.07.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərar qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarı nəzərə alınmamışdır. Azəbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məjəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə protokol və həmin protokol əsasında qərar qəbul edilməsi X1 ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlmək olmaz. Belə olan halda məhkəmə hesab edir ki, X1 qeyd olunan inzibati xətanı törətməsi faktı sübuta yetmədiyindən, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 06.07.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilməlidir və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ :

Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin 06.07.2021-ci tarixli EPQ seriyalı ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta tərkibi olmağıdı üçün iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar