Məhkəmə qərarları › İş №3(010)-954/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-954/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-954/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 15 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan, o cümlədən Suraxanı Rayon Məhkəməsi tərəfindən 02 dekabr 2022-ci ildə verilmiş 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 700 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda qeyd olunan cəriməni ödəmədiyi, bununla da Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, icra sənədi əsasında 15 dekabr 2022-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş göndərilməsinə və məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs məhkəmənin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra vərəqəsi üzrə olan borcunu ödəməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödədiyindən tərəfindən 27 fevral 2023-cü il tarixli qərar qəbul edilərək Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)- 3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən başlanılmış icraata icra məmuru tərəfindən xitam verildiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 700 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli qərarı əsasında verilmiş icra sənədini icra etmədiyinə görə barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 27 fevral 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə olan 700 manat məbləğində borcunu tam şəkildə ödəmişdir. 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olsa da, həmin maddənin qeyd hissəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 700 manat məbləğində inzibati cərimə edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3070/2022 nömrəli 30 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə borc Şəxs tərəfindən tam icra edilmiş və icra məmurunun 27 fevral 2023-cü il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinin dispozisiyasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə, Şəxs İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Buna baxmayaraq Şəxs İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa da, sonuncu iş üzrə barəsində məhkəmə qərarı qəbul edilənədək inzibati cəriməni tam şəkildə ödədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar