Məhkəmə qərarları › İş №3(010)-956/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-956/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-956/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi 15 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Bundan başqa Respublika Gigiyena və X1 hüquqi şəxsinin 14 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda qeyd olunan cərimələri ödəmədiyi, bununla da Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətdiyi qeyd olunur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 protokolunu onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan icra sənədləri icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin adına heç bir əmlak aşkar edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin şöbəyə gəlməmişdir. Borclunun cəmi 1.100 manat məbləğində borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli və Respublika Gigiyena və X1 hüquqi şəxsinin 14 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli icra sənədləri üzrə ödəniş etdiyindən başlanılmış icraata icra məmuru tərəfindən xitam verildiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Respublika Gigiyena və X1 hüquqi şəxsinin 14 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarlardan və bildirişlərdən görünür ki, Şəxs barəsində olan icra işləri üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədləri ümumi icraata birləşdirilmişdir. 16 mart 2023, 18 aprel 2023 və 28 aprel 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli icra sənədləri üzrə olan 1.100 manat məbləğində borcunu tam şəkildə ödəmişdir. 12 aprel 2023, 17 aprel 2023 və 01 may 2023-cü il tarixli qərarların surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli icra sənədləri üzrə icraata xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olsa da, həmin maddənin qeyd hissəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 27 noyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 200 manat məbləğində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı RB-nin 15 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində və Respublika Gigiyena və X1 hüquqi şəxsinin 14 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə edilmiş, 16 mart 2023, 18 aprel 2023 və 28 aprel 2023-cü il tarixlərdə icra sənədləri üzrə borc Şəxs tərəfindən tam icra edilmiş və icra məmurunun 12 aprel 2023, 17 aprel 2023 və 01 may 2023-cü il tarixli qərarları ilə icra işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsinin dispozisiyasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə, Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Buna baxmayaraq Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa da, sonuncu iş üzrə barəsində məhkəmə qərarı qəbul edilənədək inzibati cəriməni tam şəkildə ödədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 15 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 15 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar