Məhkəmə qərarları › İş №3(010)-961/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-961/2021

18.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-961/2021 18.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: ünvan 3 ünvanında yaşayan vətəndaş X2 10.07.2021-ci il tarixdə DİN-nin 102xidmətinə verdiyi məlumatı əsasında 10.07.2021-cu il tarixdə Suraxanı RPİ-nin 33-cü PBnə ərizə ilə müraciət edərək, 10.07.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı binanın blokunda olan saxlanc yerinin qapısı açılmış, oradan 1-ədəd qaynaq ütüsünün, 2-ədəd işlənmiş akkumulyatorun və 1-ədəd fanarın oğurlandığını aşkar etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, yaşadığı evə işıq borcu olduğundan və həmin borcu ödəyə bilmədiyindən, 10.07.2021ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı binanın blokunda olan saxlanc yerinin qapısını açmış, oradan 1-ədəd qaynaq ütüsünün, 2-ədəd işlənmiş akkuumlyatorun və 1-ədəd fanarın oğurlamışdır. Bundan sonra onu polis əməkdaşları onu tutmuş və 33-cü polis bölməsinə gətirmişdirlər. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inspektoru X3 məhkəmədə göstərdi ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X2 10.07.2021-ci il tarixdə DİN-nin 102-xidmətinə verdiyi məlumatı əsasında 10.07.2021-cu il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət edərək, 10.07.2021-ci il tarixdə təxminən saat 01-30 radələrində yaşadığı binanın blokunda olan saxlanc yerinin qapısı açılmış, oradan 1-ədəd qaynaq ütüsünün, 2-ədəd işlənmiş akkumulyatorun və 1-ədəd fanarın oğurlandığını aşkar etmişdir. Bununla bağlı Suraxanı RPİ-nin 33-cü PB-də ərizə üzrə araşdırmanın aparılması təhqiqatçı polis baş leytenantı Elməddin Əhmədov həvalə edilmiş, onun tərəfindən aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət tərkibi olmadığına istinad edilməklə 18.07.2021-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın sürəti ona verilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı Elməddin Əhmədovun 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin PŞ-nin baş təhqiqatçısı polis baş leytenantı Elməddin Əhmədovun 18 iyul 2021-ci il tarixli raportundan görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X2 10.07.2021-ci il tarixdə DİN-nin 102-xidmətinə verdiyi məlumatı əsasında 10.07.2021-cu il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət edərək, 10.07.2021-ci il tarixdə təxminən saat 01-30 radələrində yaşadığı binanın blokunda olan saxlanc yerinin qapısı açılmış, oradan 1-ədəd qaynaq ütüsünün, 2-ədəd işlənmiş akkuumlyatorun və 1-ədəd fanarın oğurlandığını aşkar etmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində verdiyi izahatından görünür ki, yaşadığı evə işıq borcu olduğundan və həmin borcu ödəyə bilmədiyindən, 10.07.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində yaşadığı binanın blokunda olan saxlanc yerinin qapısını açmış, oradan 1-ədəd qaynaq ütüsünün, 2-ədəd işlənmiş akkuumlyatorun və 1-ədəd fanarın oğurlamışdır. Bundan sonra onu polis əməkdaşları onu tutmuş və 33-cü polis bölməsinə gətirmişdirlər. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, himayəsində azyaşlı uşaqlarının olduğunu, onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Bundan başqa, iş materiallarında olan 17 iyul 2021-ci il tarixli, AZA seriyalı, 008759 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 19:40-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş, Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar