Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-962/2021 18.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs xx.xx.1969-cu il tarixində Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş 18.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyul 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafedə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin dövründə qaydaların pozulması faktı aşkar edilmişdir. Buna görə də X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs verdiyi ifadəsində bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafesini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərir. 17.07.2021-ci il tarixdə saat 19:00 radələrində “Titanik” kafesində toy şənliyi keçirmişdir. Toy şənliyində 144 nəfər iştirak etmişdir. Toy şənliyi keçirilən zaman bütün qaydalara riayət olunmuşdur. Lakin bilməməzlikdən təşkil etdiyi toy şənliyinin əvvəlcədən portaldan keçirmək nəzərindən yayınmışdır. Bu, bilərəkdən olmamışdır. Səmimi olaraq öz təqsirini etiraf edir və törədilmiş inzibati xətan təsdiq edir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-cü Polis Bölməsinin inspektoru X2 məhkəmədə göstərdi ki, 17.07.2021-ci il tarixdə Suraxanı RPİ 31-ci PB-nin əməliyyat qrupu tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafedə keçirilən toy mərasiminin icaze.egov.az portalından qeydiyyatdan keçirmədən təşkil edilməsi aşkar olunmuş, “COVİD-19" Koronavirus pandemiyası dövründə xüsusi karantin rejimi qaydalarını pozaraq "Titanik” adlanan kafedə keçirilən toy mərasiminin icaze.e-gov.az portalından qabaqcadan qeydiyyatdan keçirmədən toy şənliyinin keçirilməsini təşkil etdiyinə görə barəsində müvafiq qaydada tədbir görülməsi üçün “Titanik” adlanan kafedə toy mərasiminin keçirilməsinin məsuliyyətini öz üzərinə götürmüş, kafenin icarədarı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsi, ev 12 ünvanında yaşayan, xx.xx.1969-cu ıl təvəllüdlü Şəxs 31ci polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində vətəndaş Şəxs 17.07.2021-ci il tarixdə icarədarı olduğu “Titanik" adlanan kafedə icaze.e-gov.az portalından qeydiyyatdan keçirmədən toy mərasiminin keçirilməsini təşkil etməsini etiraf etmişdir.Buna görə də E.H.Dadaşovun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru İlham Məmmədovun 17 iyul 2021-ci il tarixli raportundan görünür ki, 17.07.2021-ci il tarixdə Suraxanı RPİ 31-ci PB-nin əməliyyat qrupu tərəfindən Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafedə keçirilən toy mərasiminin icaze.e-gov.az portalından qeydiyyatdan keçirmədən təşkil edilməsi aşkar olunmuş. “COVİD-19" Koronavirus pandemiyası dövründə xüsusi karantin rejimi qaydalarını pozaraq "Titanik” adlanan kafedə keçirilən toy mərasiminin icaze.e-gov.az portalından qabaqcadan qeydiyyatdan keçirmədən toy şənliyinin keçirilməsini təşkil etdiyinə görə barəsində müvafiq qaydada tədbir görülməsi üçün “Titanik” adlanan kafedə toy mərasiminin keçirilməsinin məsuliyyətini öz üzərinə götürmüş, kafenin icarədarı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsi, ev 12 ünvanında yaşayan. xx.xx.1969-cu ıl təvəllüdlü Şəxs 31-ci polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində vətəndaş Şəxs 17.07.2021-ci il tarixdə icarədarı olduğu “Titanik" adlanan kafedə icaze.e-gov.az portalından qeydiyyatdan keçirmədən toy mərasiminin keçirilməsini təşkil etməsini etiraf etmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində verdiyi izahatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafesini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərir. 17.07.2021-ci il tarixdə saat 19:00 radələrində “Titanik” kafesində toy şənliyi keçirmişdir. Toy şənliyində 144 nəfər iştirak etmişdir. Toy şənliyi keçirilən zaman bütün qaydalara riayət olunmuşdur. Lakin bilməməzlikdən təşkil etdiyi toy şənliyinin əvvəlcədən portaldan keçirmək nəzərindən yayınmışdır. Bu, bilərəkdən olmamışdır. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31cü Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2 tərəfindən 17.07.2021-ci il tarixdə, saat 19:00-da Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” adlanan kafedə keçirilən toy mərasimi keçirərkən xüsusi karantin rejimi qaydalarının pozulmasına görə Şəxs barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-962/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-962/2021
18.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver