Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-963/2021 18.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi, polis polkovnik leytenantı Mehdiyev Sarvan Umud oğlunun iştirakı ilə, Şəxs xx.xx.1964-cü il tarixində Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş 18.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyul 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən yaşayış massivində yerləşən “Yanardağ” adlanan kafedə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin dövründə qaydaların pozulması faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs verdiyi ifadəsində bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən yaşayış massivində yerləşən “Yanardağ” adlanan kafesini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərir. 17.07.2021-ci il tarixdə saat 18:30 radələrində “Yanardağ” kafesində toy şənliyi keçirmişdir. Təşkil etdiyi toy şənliyinin açıq havada icazə olduğunu düşünərəkdən keçirildiyini və əməlindən peşman olduğunu bildirmişdir. Bu, bilərəkdən olmamışdır. Səmimi olaraq öz təqsirini etiraf edir və törədilmiş inzibati xətan təsdiq edir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inspektoru Mehdiyev Sarvan Umud oğlu məhkəmədə göstərdi ki, 17.07.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində əməliyyat qrupunda xidmətdə olarkən Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən yaşayış massivində yerləşən “Yanardağ” kafesinin qarşısından keçərkən, çoxlu sayda avtomobillərin yol kənarında park olunmasını, eyni zamanda kafeyə bir sıra insanların girib-çıxdığını görüb, həmin kafeyə daxil olaraq orada qanunsuz toy məclisinin keçirilməsini aşkar etmişdir. Belə ki, kafenin şənliyi keçirməzdən əvvəl portal vasitəsilə qeydiyyata qabaqcadan alınmamasını, kafedə olan vətəndaşların əyləşdiyi masada ara məsafələrinin, bir masada 6 nəfərdən artıq olmalarını, işçilərin və şənliyə gələnlərin “Covid-19” pasportlarının olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.02.2021ci il tarixli 73- 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitlər və kütləvi yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” kobud surətdə pozulmuşdur. Buna görə də E.H.Dadaşovun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs karantin rejiminin pozulması halı tam sübuta yetirilir. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru Rüfət Bünyatzadənin 17 iyul 2021-ci il tarixli raportundan görünür ki, 17.07.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində əməliyyat qrupunda xidmətdə olarkən Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, mədən yaşayış massivində yerləşən “Yanardağ” kafesinin qarşısından keçərkən, çoxlu sayda avtomobillərin yol kənarında park olunmasını, eyni zamanda kafeyə bir sıra insanların girib-çıxdığını görüb, həmin kafeyə daxil olaraq orada qanunsuz toy məclisinin keçirilməsini aşkar etmişdir. Beləki, kafenin şənliyi keçirməzdən əvvəl portal vasitəsilə qeydiyyata qabaqcadan alınmamasını, kafedə olan vətəndaşların əyləşdiyi masada ara məsafələrinin, bir masada 6 nəfərdən artıq olmalarını, işçilərin və şənliyə gələnlərin Covid- 19” pasportlarının olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.02.2021-ci il tarixli 73- 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitlər və kütləvi yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” kobud surətdə pozulmuşdur. Buna görə də E.H.Dadaşovun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən yaşayış massivində yerləşən “Yanardağ” adlanan kafesini icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərir. 17.07.2021-ci il tarixdə saat 18:30 radələrində “Yanardağ” kafesində toy şənliyi keçirmişdir. Təşkil etdiyi toy şənliyinin açıq havada icazə olduğunu düşünərəkdən keçirildiyini və əməlindən peşman olduğunu bildirmişdir. Bu, bilərəkdən olmamışdır. Səmimi olaraq öz təqsirini etiraf edir və törədilmiş inzibati xətan təsdiq edir. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32cü Polis Bölməsinin sahə rəisi, polis polkovnik leytenantı Mehdiyev Sarvan Umud oğlu tərəfindən 17.07.2021-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, mədən yaşayış massivində yerləşən “Yanardağ” adlanan kafedə keçirilən toy mərasimi keçirərkən xüsusi karantin rejimi qaydalarının pozulmasına görə Şəxs barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-963/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-963/2021
18.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver