Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-967/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Dadaşova Vəfa Cabir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 07-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 285 nömrəli tam orta məktəbin hasar hissəsində yerləşdirilmiş dəmir üç ədəd qəfəsliyi sındırmaq yolu ilə oğurlamış və hadisə nəticəsində məktəbə ümumilikdə 350 (üç yüz əlli) manatdan çox olmayan maddi ziyan dəymişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək, ifadəsində bildirmişdir ki, o, uzun zamandır ki, işsiz olduğu üçün pula mütəmadi ehtiyacı olmuşdur. Əvəllər narkotik vasitə istifadəçisi olduğu üçün inzibati qaydada həbs olunduğunu, pulu olmadığı üçün xx.xx.2020-ci il tarixində Suraxanı qəsəbəsində tatar qəbirstanlığı kimi tanınan qəbirstanlıqdan dəmir metal yığmaq qərarına gəldiyini, oraya yollanıb orada yerini dəqiq bilmədiyi hissədən ümumilikdə dörd ədəd dəmir qəfəslik götürdüyünü bildirmişdir. Həmin qəfəslikləri satmaq üçün birinci metal qəbulu sexinə getsə də, ora bağlı olduğu üçün yol maşını ilə yükləyib Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 1 saylı binanın yaxınlığına aparmışdır. Həmin dörd qəfəslikdən ikisini sıqan milliyəti kimi tanıdığı adını bilmədiyi şəxslərə ümumilikdə 20(iyirmi) manat müqabilində satmışdır. Digər iki qəfəsliyi xx.xx.2020-ci il tarixində Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində “Araz marketin” yaxınlığında dayanan “Opel” markalı boz rəngli əvvəllər tanımadığı taksi sürücüsü ilə razılaşaraq Suraxanı qəsəbəsində yerləşən metal qəbulu sexinə aparmışdır. Taksi sürücüsünə qəfəsliklər barədə heç bir söz deməmişdir. Onunla 10(on) manat müqabilində şifahi razılaşsa da, ünvana çatan zaman 9(doqquz) manat pul vermişdir. Sexə daxil olmuş və avtomobildən enib dəmir iki ədəd qəfəsliyi sexdə işləyən şəxsə təqdim etmişdir. Həmin qəfəsliyin müqabilində 29(iyirmi doqquz) manat məbləğində pul almışdır. Daha sonra Suraxanı rayonu, Y.Günəşli qəsəbəsində “Ana-bala” heykəlinin yaxınlığında düşdükdən sonra evə getmişdir. Orta məktəbdən baş vermiş oğurluq hadisəsi ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə onun işlədiyi, təsərrüfat işləri üzrə direktor müavini olduğu 285 nömrəli tam orta məktəbə səhər saatlarında gələn zaman məktəbin hasar hissəsində yerləşdirilmiş dəmir üç ədəd qəfəsliyin yerində olmadığını, şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən sındırmaq yolu ilə ümumilikdə təqribən 350 manat dəyərində maddi ziyan vurmaqla gizli yolla talanaraq oğurlandığını görmüşdür. Hazırda məktəbə vurulmuş zərər ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən metal qəbulu sexinin nəzarətçisi X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixində iş yerində olan zaman oraya 99LB522 dövlət qeydiyyat nişanlı boz rəngli üzərində iki ədəd dəmir naxışlı qəfəslik(qara rəngli) olan avtomobil yaxınlaşmışdır. Avtomobilin sağ sərnişin hissəsindən bir nəfər 30-35 yaşlarında əvvəllər də ona iki dəfə metal tullantılar satmış adını dəqiq bilmədiyi şəxs yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmiş və iki ədəd dəmir qəfəsliyi satmaq üçün gəldiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsinə baxan zaman həmin şəxsin Şəxs olduğunu görmüş və vəsiqəsinin fotoşəkilini mobil telefonuna çəkmişdir. Onunla dəmir metal qəfəsliyin alınması üçün ümumilikdə 29 (iyirmi doqquz) manat müqabilində şifahi razılaşıb, pulu həmin Elçin adlı şəxsə təqdim etmişdir. Elçin qəfəslikləri təqdim edib həmin “Opel” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, həmin iki ədəd qəfəslikləri və bir neçə digər metalları “X7” MMC-yə xx.xx.2020-ci il tarixində pul müqabilində təhvil vermişdir. Məlumatına görə həmin metal tullantıların orada dərhal əridilməyə verildiyini bildirmişdir. Həmin Elçin adlı şəxs metal qəfəsliyi ona verən zaman haradan əldə etdiyini bildirməmiş və o da şəxsiyyət vəsiqəsinin fotoşəklini götürdüyü üçün ondan şüphələnməmişdir. Əlavə olaraq polis əməkdaşları ilə birlikdə oğurluq hadisəsi baş vermiş orta məktəbin hasarında quraşdırılan dəmir qəfəsliyə baxdığını, həmin qəfəsliyin Şəxs tərəfindən xx.xx.2020-ci il tarixində ona satılan qəfəsliklə eyni olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən qeyd edilən tarixdə taksi xidməti göstərmiş Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 11, mənzil 3-də yaşayan X4 bildirmişdir ki, özünə məxsus olan **-LB-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı boz rəngli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixində qeyd etdiyi avtomobili ilə Y.Günəşli qəsəbəsində S.Cəfərov küçəsində “Araz marketin” yaxınlığında dayanan zaman bir nəfər 30-35 yaşlarında uzunsaçlı, saqqalı bir şəxs ona yaxınlaşmış, özünü təqdim etmədən iki ədəd dəmir qəfəsliyinin olduğunu, onu Suraxanı qəsəbəsində “Araz marketin” yaxınlığında evinə aparacağını demişdir. Həmin şəxslə 10 (on) manat müqabilində şifahi razılaşsa da, ünvana çatan zaman N.Quliyevə 9 (doqquz) manat pul vermişdir. Yolboyu isə həmin şəxs Y.Günəşli qəsəbəsində yaşadığını demişdir. Qeyd edilən ünvana çatan zaman hara getməli olduğunu soruşduqda həmin şəxs metal qəbulu sexini işarə edərək ora getməyini istəmişdir. Vət.N.Quliyev sexə daxil olmuşdur. Həmin şəxs, avtomobildən enmiş orada işləyən şəxslə bir qədər söhbət etdikdən sonra, dəmir iki ədəd qara rəngli naxışlı qəfəsliyi həmin şəxsə təqdim etmişdir. Həmin qəfəsliyin müqabilində müəyyən məbləğ pul aldığını görmüşdür. Lakin nə qədər məbləğ olduğunu görməmişdir. Yolboyu taksi sürücüsünə evə gələcəyini desə də, sexə gəlməsi barədə heçbir açıqlama verməmişdir. Həmin şəxsi təkrar Y.Günəşli qəsəbəsində “Ana-bala” heykəlinin yaxınlığında düşürtdükdən sonra oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları ilə birlikdə oğurluq hadisəsi baş vermiş orta məktəbin hasarında quraşdırılan dəmir qəfəsliyə baxmış, həmin qəfəsliklər PB-ində adı ona bildirilən yuxarıda qeyd etdiyi müştərisi olmuş, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixində avtomobilinə yüklənən qəfəslikdəndir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından X1 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyati əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 07-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 285 nömrəli tam orta məktəbin hasar hissəsində yerləşdirilmiş dəmir üç ədəd qəfəsliyi sındırmaq yolu ilə oğurlamış və hadisə nəticəsində məktəbə ümumilikdə 350 (üç yüz əlli) manatdan çox olmayan maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xəta törəmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci tarixdən saat 15:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs tənbeh növü saxlanılsın. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-967/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-967/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver