Məhkəmə qərarları › İş №3(010)-967/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-967/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-967/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X17 qızının katibliyi, X1nun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin 13 dekabr 2024-cü il tarixli protokolu və bu protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının və cərimənin ləğv olunması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin barəsində olan 13 dekabr 2024-cü il tarixli protokolu və bu protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının və 500 (beş yüz) manat cərimənin ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda 0,1632 ha torpaq sahəsi icarə hüququ əsasında ona məxsus olmuşdur. 13 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən icarə hüququ əsasında ona məxsus Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda 0,1632 ha torpaq sahəsini başqa məqsədlər üçün istifadə etməsi əsas gətirilərək barəsində protokol tərtib edilmiş və bu protokol əsasında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Əslində isə barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar əsassız və qanunsuzdur, belə ki, başqa məqsədlər üçün istifadə etdiyi iddia olunan Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda 0,1632 ha torpaq sahəsi artıq uzun müddətdir ki, başqa şəxslər tərəfindən zəbt edilmiş və həmin ərazidə tikililər tikilmişdir. Bu torpaq sahəsini zəbt etmiş şəxs barəsində müvafiq qurumlara şikayətlər etmişdir və araşdırma aparılaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-14/2023 saylı, 31 may 2023-cü il tarixli hökmü ilə X12 barəsində bəraət hökmü çıxarılsa da, bu araşdırma zamanı X12 qeyd edilən torpaq sahəsini ona başqa adamın satmasını və bu torpaq üzərində tikilmiş tikililərin onun tərəfindən tikilməsini qeyd etmişdir. Belə olan halda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin barəsində olan 13 dekabr 2024-cü il tarixli protokolu və bu protokol əsasında xx.xx.2024cü il tarixli MN № ******* saylı qərarı əsassız olaraq yazıldığından ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək qeyd etdi ki, 2015-2016-cı illərdə sözügedən torpaq sahəsinin icarə haqlarını almışdır. 2022-ci ilin yay aylarında torpaq sahəsində Elman adlı şəxsin tikinti apardığı barədə məlumatı olmuşdur. O, Elmana bildirmişdir ki, ərazi onun ərazisidir. Elman ona torpaq sahəsinin ona satıldığını, həmin adamı tapıb gətirəcəyini demişdir. 15-20 gün sonra onlar görüşmüş, Elman ona demişdir ki, həmin ərazini ona satan şəxs torpağın ona məxsus olduğunu bildirmişdir, hətta ona sənəd vermişdir. Həmin sənəd sovxoz sənədi idi, sovxozda işlədiyinə görə torpaq sahəsi verilməsi yazılmışdı. Hətta ona ümumi etibarnamə verilmişdi. O isə Elmana sənəddə onun adı yazılmadığını, koordinatlar olmadığını demişdir. O bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, iş məhkəmədə baxılmışdır. Elman əvvəl aldadıldığını demiş, sonra izahatında bildirmişdir ki, o, tikinti etməyib, ustalar tikib. Üç dəfə həmin ərazidə yerləşən tikili sökülmüş və yenidən tikilmişdir. Hazırda orada yarım tikili və hasar qalıb. 2024-cü ildə may ayında qərar verilmişdir ki, zəbt edən və tikinti aparan şəxs Elman deyil. O özü tikilini sökə bilmir, belə ki, hasar ikiqat tikilib, qapı da yoxdur, məhkəmə qərarı olmadan heç kim tikilini sökə bilmir. Bu tikiliyə görə o cərimə olunmuşdur. O, göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin nümayəndəsi X9 izahat verərək qeyd etdi ki, Şöbənin əməkdaşları tərəfindən monitorinq aparılmış, bu zaman bəzi torpaq sahələrində, həmçinin Abşeron rayonu, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsində tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Həmin vaxt orada heç kim olmamışdır. Koordinatlar götürülmüş, həmin tikinti aparılan ərazilərdən birinin X4 adına olduğu müəyyən olunmuşdur. Çıxarışda torpaq sahəsi kənd təsərrüfat təyinatlı olduğuna görə, yəni təyinatından kənar istifadə olduğuna görə o, cərimə olunmuşdur. Şəxsin yaşadığı ünvana bildiriş göndərilmiş və məlumatlandırılmışdır. O, göstərilənlərə əsasən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda vətəndaş Q.Ş.Əliyevin icarəsində olan 0,1632 ha torpaq sahəsi başqa məqsədlər üçün istifadə edildiyinə görə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə mülki iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibi olmadığı üçün ona bəraət verilməsinə dair 1(010)-14/2023 saylı, 31 may 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxs və mülki iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,1632 ha torpaq sahəsi xx.xx.2006cı il tarixli icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında X8 məxsusdur. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir; 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla vətəndaş X2 rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda 0,1632 ha torpaq sahəsini başqa məqsədlər üçün istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını qeyd edərək bildirmişdir ki, qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, həmçinin başqa məqsədlər üçün istifadə etdiyi iddia olunan Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu, Donuzkökəltmə sovxozunda 0,1632 ha torpaq sahəsi artıq uzun müddətdir ki, başqa şəxslər tərəfindən zəbt edilmiş və həmin ərazidə tikililər tikilmişdir. Bu torpaq sahəsini zəbt etmiş şəxs barəsində müvafiq qurumlara şikayətlər etmişdir və araşdırma aparılaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-14/2023 saylı, 31 may 2023-cü il tarixli hökmü ilə X12 barəsində bəraət hökmü çıxarılsa da, bu araşdırma zamanı X12 qeyd edilən torpaq sahəsini ona başqa adamın satmasını və bu torpaq üzərində tikilmiş tikililərin onun tərəfindən tikilməsini qeyd etmişdir. Həmin hökmdən görünür ki, “təqsirləndirilən şəxs X12 ifadəsində qeyd edilən torpaq sahəsini Valeh Abdullayevdən 6000 manata almasını, həmin torpaq sahəsinə dair sonuncunun ona sənəd verməsini və verilmiş sənədin əsaslı sənəd olmasını zənn etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi bu xüsusatlar isə həm Valeh Abdullayevin ifadəsi, həm də Bakı şəhəri Xəzər rayon prokurorunun müavininin 01 mart 2023-cü il tarixli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən qərarla müəyyən edilmişdir ki, hazırki iş üzrə ittihamın verilməsinə səbəb olmuş torpaq sahəsini Valeh Abdullayev mərhum Asəf Əsədovdan almış və Elman Əliyevə satmışdır. Elman Əliyev isə torpaq sahəsini alarkən onun məhz Valeh Abdullayevə məxsus olmasını zənn etmişdir. Bu səbəbdən də Valeh Abdullayevə Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə ittiham elan edilsə də sonuncunun özü də torpaq sahəsinin qanunsuz zəbt edilməsini bilməməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilmişdir.” Hökmdən həmçinin görünür ki, “şahid, həmçinin mülki iddiaçı qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Suraxanı rayon, Donuzkökəltmə sovxozu ərazisində, Logistika mərkəzin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən 0.249 ha torpaq sahəsini 2015-ci il tarixdə X5 alqı-satqı müqaviləsi əsasında almışdır və müqavilə əsasında DƏDRX-nin Abşeron ərazi idarəsindən çıxarış almışdır. Həmin torpaq sahəsinin bir hissəsini alqı-satqı əsasında başqa şəxslərə satmışdır və hazırda həmin ərazidən 0,1632 ha torpaq sahəsinə dair çıxarışı vardır. Bundan əvvəl isə torpaq sahəsinin 0,03 ha hissəsini X10 alqı-satqı ilə satmışdır. Bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. 2021-ci ilin iyun ayında torpaq sahəsinə gedən zaman adına olan həmin 0,1632 ha torpaq sahəsinin bir hissəsinin, yəni hazırda sənədlə özünə məxsus olan sahədən 0,06 ha, Bəsti Rzayevaya satdığı sahədən isə 0,03 ha kənar şəxs tərəfindən qanunsuz olaraq zəbt edilərək hasara alınmışdır. Orada yaşayan kənd camaatından maraqlanıb torpaq sahəsini özbaşina tutan şəxsin Elman adlı şəxs olmasını müəyyən etmişdir və ***-***-**-** mobil nömrəsini öyrənib ona zəng vurmuşdur. Bir qədər sonra Elman torpaq sahəsinə gəlmiş və onunla görüşüb məsələyə aydınlıq gətirməyə çalışmışdır. Elman demişdir ki, Binə qəsəbəsində qəssab işləyir, bir nəfər şəxs həmin torpaq sahəsini ona pulu ilə satmışdır, buna görə də həmin yeri özünün hesab edir. Ondan torpağa görə sənəd soruşduqda isə torpaq sahəsinə görə heç bir sənədi olmamasını, hamıda necədirsə özünün də eləcə almasini bildirmişdir. Torpağa dair çıxarış və digər sənədləri göstərib oranın qanuni sənədlər ilə özünə məxsus olmasını demişdir. Lakin Elman adlı şəxs dediklərinə heç bir əhəmiyyət verməmişdir. Elman demişdir ki, bir həftə ərzində ona torpaq satan şəxsi tapıb aydınlıq gətirəcəkdir. Lakin bir həftədən sonra zəng vuranda Elman ona «mən orani tikəndə sən harada idin» kimi sözlər deyərək qışqırbağır salmışdır. Bundan sonra məcbur olmuşdur ki, Elmanın hərəkətləri barədə qanuni şəkildə müraciət etsin. Eyni zamanda X13 da 0.03 ha torpaq sahəsinin Elman adlı şəxs tərəfindən zəbt olunaraq tikinti aparmasi barədə müraciət etmişdir. Elman adlı şəxs onun torpaq sahəsinin qanunsuz tutulması ilə bağlı məsələni araşdırmağa başladığını bilərək tələm-tələsik torpaq sahəsində mal tövləsi tikib qurtarmışdır ki, kimsə qanunsuz olaraq tutduğu torpaq sahəsini ondan ala bilməsin.” İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarla X4 İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həmçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. X4 şikayəti qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar