Məhkəmə qərarları › İş №3(010)-968/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-968/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-968/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Borclu Şəxs Məhərəm iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan. Şəxs Məhərəm oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6182/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs Məhərəm oğlundan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət olunmuşdur. Borclu Şəxs Məhərəm oğluna dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs Məhərəm oğlu törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 6182/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs Məhərəm ondan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət olunmuşdur. Aliment ödənişindən qismən yayınıb, hazırda 1000 manat aliment borcu qalıb. Covid 19 pandemiyası ilə əlaqədar olaraq işsiz qalıb və aliment borcunu ödəyə bilməyib. Törətdiyi əməldən peşmandır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6182/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs Məhərəm oğlundan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət olunmuşdur. Borclu Şəxs Məhərəm oğluna dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs Məhərəm oğlunun 1000 manat məbləğində aliment borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6182/2019 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq borclu Şəxs Məhərəm oğlundan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət olunmuşdur. İş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs Məhərəm oğluna dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Məhərəm oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs Məhərəm oğluna cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Məhərəm oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar