Məhkəmə qərarları › İş №3(010)-97/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-97/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-97/2021 08.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şəxs, xx xxxx 1973-cü ildə Ermənistan Respublikasının, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Göygöl (Xanlar) şəhəri, Səbuhi Hacıyev küçəsi, 114 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacinski küçəsi, 40/67-ci məhəllə, 100 nömrəli evin, 11 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)- 2345/2009 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 20.000 (iyirmi min) ABŞ dolları manatın məzənnəsi ilə tutularaq X1 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicə olunduğu üçün heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğundan icra sənədi üzrə öhdəliyini birdəfəlik icra edə bilməmişdir. Bununla belə o, icra sənədi üzrə 11.450 manat ödəniş etmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Ona möhlət veriləcəyi təqdirdə davamlı ödənişlər etməklə borcunu bağlayacaqdır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)- 2345/2009 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə xx xxxxxx 2010-cu il tarixdə icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. Borclu xx xxxxxx 2010-cu il tarixdə şöbəyə dəvət olunmuş, qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilməklə ilkin izahatı alınmışdır. İcra sənədinin icrası borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclu Şəxs adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu xx xxxxxx 2010-cu il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməsi üçün qanuna müvafiq qaydada vaxt verilmiş, lakin bu müddət ərzində də, tələb borclu tərəfindən təmin edilməmişdir. İcra sənədi şöbənin icraatına daxil olduğu gündən, yəni xx xxxxxx 2010-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə qədər borclu tərəfindən tələbkarın xeyrinə cəmi 5.140 ( beş min yüz qırx) manat ödəniş edildiyini və icra sənədinin icraata yönəldildiyindən uzun müddət keçməsinə baxmayaraq təmin edilmədiyini nəzərə alaraq borclu xx xxxxx 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunmş və izahatı alınmışdır. Borclu izahatında xəstə olduğunu və bu səbəbdən borcunu hissə - hissə ödəyə biləcəyini bildirmişdir. İcra məmurunun qanuni tələbləri və icra sənədinin icrasının uzun müddət keçməsinə baxmayaraq təmin edilmədiyini nəzərə alaraq onun barəsində xx xxxxx 2019-cu il tarixdə inzibati protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati protokola məhkəmə baxışı zamanı borcluya tələbi təmin etməsi üçün xx xxxxx 2019-cu il tarixə qədər vaxt verilmişdir. Məhkəmə tərəfindən borcluya verilmiş vaxt müddətində tələbkarın xeyrinə 1.000 (min) manat ödəniş edilsə də, borclu məhkəmənin 3(010)-391/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. İnzibati qaydada cərimə olunduqdan sonra borclu qətnamənin hissə-hissə icra edilməsi barədə xx xxxxx 2019-cu il tarixli ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müaraciət etmiş, lakin məhkəmənin 8(010)-454/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu xx xxx 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında məhkəmənin müvafiq qətnaməsinin icrasından boyun qaçırmadığını, lakin maddi imkansızlıq ucbatından borcunu hissə-hissə ödəyə biləcəyini bildrmişdir. xx xxxx 2019-cu il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş və ona icra sənədinin icrasını 10 gün müddətində tam olaraq təmin etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xx xxx 2019-ci il tarixli təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(010)-571/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ icra sənədi icra olunana dək müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət məsuliyyətinə cəlb olunma barədə rəsmi xəbərdarlıqdan sonra borclu şöbəyə gəlməkdən yayınmış və bununla əlaqədar xx xxxxxxx 2019-cu il tarixdə onun məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 8(010)-833/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bununla əlaqədar müvafiq qərardad icra olunması üçün xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. İdarə tərəfindən şöbəyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məkubda borclunun icra sənədində göstərilmiş ünvanda qeydiyyatda olmamaqla yaşamadığı bildirilmiş və qərardad icra olunmadan geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixdə borclunun icra sənədində göstərilmiş faktiki ünvana baxış keçirilmişdir. Ünvana baxış zamanı borclunun qızı X3 anasının evdə olmadığını, harada olması barədə isə məlumatının olmadığını bildirmişdir. X2, anasının şöbəyə könüllü olaraq gəlməyəcəyi təqdirdə barəsində axtarış qərarı qəbul ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Bununla əlaqədar müvafq akt tərtib edilərək icra işi materiallarına əlavə edilmişdir. Borclunun ünvanına baxış keçirildikdən sonra xx xxxxxx 2019-cu il tarixdə o, könüllü olaraq şöbəyə gəlmiş və izahatı alınmışdır. Borclu şöbədə olarakən tələbkarın xeyrinə xx xxxxxx 2019-cu il tarixdə 1.500 manat, xx xxxxxx 2019-cu il tarixdə isə 1.000 manat ödəniş etmişdir. Sonuncu ödənişdən sonra borclu tələbkara borcunu ABŞ dollarının ödəniş gününə manatın məzənnəsi ilə ödəməyəcəyini, qətnamənin qanuni qüvvəyə mindiyi günün ABŞ dollarının manata olan məzənnəsi ilə ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq borclu tərəfindən tələbkarın xeyrinə ödənilməli olan 20.000 ABŞ dollarının hansı dövrə manatın məzənnəsi ilə hesablanması hissəsində izah verilməsinə dair xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müvafiq ərizə ilə müraciət olunmuşdur. Məhkəmənin 8(010)-222/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə borc məbləğinin borc tutulduğu və ya ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə ödənilməli olduğu bildirilmişdir. İcraat dövründən borclu tərəfindən xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2021-ci il tarixə qədər tələbkarın xeyrinə cəmi 11.450 manat ödəniş edilmişdir. Həmin ödənişlərin 5.140 manatı borclu inzibati məsuliyyətə cəlb olunduğu günə kimi, 6.310 manatı isə ondan sonrakı dövrü əhatə etmişdir. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 20.000 (iyirmi min) ABŞ dolları manatın məzənnəsi ilə tutularaq X1 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx xxxxxx 2010-cu il tarixli qərarından və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli icra sənədi üzrə icraata xx xxxxxx 2010-cu il tarixdə başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur və həmin qərarın surəti Şəxs xx xxxxxx 2010-cu il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxxxx 2010-cu il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş və həmin bildirişin surəti Şəxs şəxsən təqdim edilmişdir.. xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli icra sənədi üzrə cəmi 11.450 manat ödəniş etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş şəxsin kartoçkasından görünür ki, Şəxs himayəsində on dörd yaşınadək uşağın olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.000 (min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar