Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-971/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X2 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərardan ərizə verib. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Qeyd olunur ki, ərizəçi məhkəməyə yalnız barəsində olan inzibati xəta haqqında protokolu tərtib edib. Şikayətçinin bildirdiyi qərar isə məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs müvafiq müraciətini ərizə formasında deyil, şikayət formasında tərtib etməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X1 verilmiş ərizə geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-971/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-971/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver