Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-974/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasından 21 iyun 2021-ci il tarixli, GEO**********126 nömrəli invoys sənədi ilə 99TU175/99ZE316 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və 01 iyul 2021-ci il tarixli, **********1525, **********1531 və **********1510 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair öncədən tərtib edilən **********1733 nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 99MD596/99ZK851 kimi qeyd edilmişdir. Bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Buna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 15 iyul 2021-ci il tarixli, 00100-1371/21 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X2 15 iyul 2021-ci il tarixli qərardadı ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli raportdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 94489853 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş **********1712 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsinin 40-cı qrafasında qeyd edilmiş qısa idxal bəyannaməsində (**********1733) göstərilmiş nəqliyyat vasitəsinin nömrəsi (********) ilə ölkə ərazisinə daxil olmuş nəqliyyat vasitəsinin nömrəsi arasında uyğunsuzluq aşkar edilmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli, **********1733 sorğu nömrəli qısa idxal bəyannaməsindən və 30 iyun 2021-ci il tarixli **********1525, **********1531 və **********1510 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, qısa idxal bəyannaməsində sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirilmə nömrəsi 99MD596/99ZK851 qeyd olunmuş, lakin gömrük bəyannamələrində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirilmə nömrəsi 99TU175/99ZE316 kimi qeyd edilmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı Bakı Baş Gömrük İdarəsində **********1531, **********1526 və **********1510 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin 99TU175/99ZE316 nömrəli nəqliyyat vasitəsi ilə 25 iyun 2021-ci il tarixdə, saat 19:15-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl, yükə dair **********1733 sorğu nömrəli qısa idxal bəyannaməsinin 24 iyun 2021-ci il tarixdə tərtib edilərək, həmin tarixdə gömrük orqanına elektron formada verildiyi, lakin qeyd olunan qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin 99TU175/99ZE316 olduğu halda 99MD596/99ZK851 göstərilldiyi müəyyən edilmişdir. İş materiallarında olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatdan görünür ki, o, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 99TU175/99ZE316 nömrəli nəqliyyat vasitəsində göndərilmiş yüklərə dair tərtib edilmiş **********1733 sorğu nömrəli qısa idxal bəyannaməsinin bəyannaməçi tərəfindən ona təqdim edilmiş sənədlər əsasında tərtib edildiyini, eyni tarixdə ixracatçı “X8 İmalat” şirkəti eyni yük daşıma şirkəti ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı "xxxx" MMC, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə yük göndrəməsi səbəbi ilə yol sənədi yəni CMR-də nəqliyyat vasitəsinin nömrələrinin nəqliyyat şirkəti tərəfindən qarışıq yazılması səbəbindən qısa idxal bəyannaməsində də nəqliyyat vasitəsinin nömrəsinin səhv göstərildiyini bildirmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/024/017905 nömrəli, 02 iyul 2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasından GEO**********126 nömrəli, 21 iyun 2021-ci il tarixli invoys sənədi ilə 99TU175/99ZE316 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş və **********1526, **********1531 və **********1510 sorğu nömrəli 01 iyul 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair idxalatçı tərəfindən elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi qeyd edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar DGK-nın VAİS proqram təminatına baxış keçirilmiş, baxış zamanı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyə Respublikasından GEO**********126 nömrəli 21 iyun 2021-ci il tarixli invoys sənədi ilə 99TU175/99ZE316 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş mallara dair əvvəlcədən **********1733 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin verildiyi, lakin, həmin qısa idxal bəyannaməsində malların daşındığı nəqliyyat vasitəsinin nömrəsinin düzgün qeyd edilmədiyi, belə ki, idxal edilən mallar ölkə ərazisinə 99TU175/99ZE316 nömrəli yük nəqliyyat vasitəsi ilə gətirilsə də, qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsinin 99MD596/99ZK851 olduğunun göstərildiyi aşkar edilmişdir. Beləliklə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X1 xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-974/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-974/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver