Məhkəmə qərarları › İş №3(010)-975/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-975/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-975/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2 iştirakları ilə, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti nəticəsində hasil olunan neftdən ayrılan lay sularının Hövsan və 7-ci qovşaq vasitəsi Xəzər dənizinə axıdılmış və Xəzər dənizinin çirklənməsinə səbəb olmuşdur. Nəticədə «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin tərəfindən Suraxanı rayon Məhkəməsinə baxılması üçün «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələri nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 18 iyun 2021-ci il tarixli, MN №0304850 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 16.06.2021-ci il tarixli 00026 saylı qərarına (sərəncamına) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY211584104 çıxarışa əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hövsan kanalına tullantı axıdılması, bərk tullantıların atılması, maşınlarla məişət çirkab sularının daşınaraq kanala boşaldılması və neft tullantılarının kanala axıdılması nəticəsində pis iyi qoxunun gəlməsi ilə əlaqədar Hövsan qəsəbə sakini Yuraveyova Svetlana tərəfindən yazılmış məktubla əlaqədar «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin haqqında Ətraf muhitin müdafiəsi haqqında Ekoloji Təhlükəsizlik haqqında, Su Məcəlləsi haqqında qanunlarının və ətraf mühutiin müdafiəsi sənayesində mövcud olan digər hüquqi variantın faktların tələblərinin yerinə yetirilməsi vəzifəsi araşdırıldı. «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 02.06.2006-cı ildən Suraxanı sahəsində istehsal fəaliyyətinə başlamışdır. Şirkət təyinatı Suraxanı rayonu, Qaraçuxur yataqlarında neft hasilatı işlərini həyata keçirir. Şirkətin ümumi ərazisi 2123,7 ha təşkil edir. Şirkətin ərazisində istismar olunan quyular dərinlik nasos və qazılı üsullar ilə istismar olunur. Şirkətin Ekoloji normativ sənədləri ətraf mühitin mühafizəsinə dair 2021-ci il üçün "xxxx" hazırlanmışdır. Şirkətin faaliyyəti nəticəsində atmosferə atılan zərərli maddələrə görə “xüsusi icazə” sənədi vardır. Atmosferə 3 mütəşəkkil mənbədən 337 ədəd qeyri mətəşəkkil mənbələrdən atmosferə atılmalar baş verir. Şirkətin ümumi 672 quyusundan 339 quyu işlək, 333 quyu fəaliyyətsizdir. Şirkətin 2TG-su, hava və təhlükəli tullantıları əmələ gəlməsi və idarə olunmasına dair illik statistik hesabatları hazırlayaraq Dövlət Təhlükəsizlik Xidmətinə razılaşdırılması üçün təqdim olunmuş, lakin hesabatlarda tullantıların miqdarı ilə əlaqədar yanlışlıqlara yol verildiyinə görə razılaşdırılmadan Şirkətə məlumatlar geri qaytarılmışdır. 2 TC-su təchizatının təsərrüfatı illik statistik hesabatlarında 2020-ci ilin yekununa görə 3,640.00 m3 lay suyu çıxarıldığı qeyd olunmuşdur. Bu sudan 620.00 m3 texniki məqsədlər üçün istifadə olunduğu, 2280.00 m3 lay suyu isə uducu quyular vasitəsi ilə yeraltı horiyantlara vurularaq, zərərsizləşdirildiyi qeyd olunmuşdur. 455.000 m3 lay suyunun mədən daxili kanallar vasitəsilə Hövsan kanalına axıdıldığı qeyd olunmuşdur. 266.000 m3 lay suyu isə 7-ci qovşaq adlanan kanal vasitəsi ilə Xəzər dənizinə axıdılması qeyd olunmuşdur. Araşdırma nəticəsində məlum oldu ki, Şirkətin fəaliyyəti zonasında lay təzyiqinin saxlaması və utilizə məqsədi ilə uducu quyuların istismarı təşkil olunmayıb, quyuların seçilməsi işləri həyata keçirilmədiyindən hesabatda qeyd olunan 280.00 m3 lay suyunun yeraltı horiyontlara deyil, birbaşa Hövsan kanalına ordan da, Xəzər dənizinə axıdılmışdır. Şirkətin fəaliyyət zonasında 4 mədən fəaliyyət göstərir. Mədənlərdə göstəricilər aşağıdakı kimidir. 1 saylı Mədənin 150 işlər quyusu istismar olunur, gündəlik 155 ton neft hasil olunur. Neftdən ayrılan lay sularının həcmi isə 5400 m3 təşkil edir. 2 saylı Mədən üzrə 41 ton neft hasil olunur, 1362 m3 lay suyu formalaşır.3 saylı Mədəndə 64 ədəd quyu istismar olunur, 68 ton neft hasil olunur və 648 m3 isə lay suyu formalaşır. 4-cü Mədən ərazisində 134 quyu istismar olunur. Gündəlik 145 ton neft, 4400 m3 lay suyu formalaşır. Mədən ərazisinə baxış keçirilən zaman 1350, 662 saylı quyuların ətraf əraziləri neftlə çirklənmiş və quyu üstü avadanlıqların nasazlığı üzündən sızmaların baş verdiyi müəyyən olunmuşdur. Yaxınlıqdakı quyuların hasilatının ölçülməsi üçün istismar olunan ölçü bateriyasından keçici suların əraziyə axıdıldığı aşkar olunmuşdur. Qeyd olunan faktlar xidmət göstərən işçilərin səhlənkarlığı üzündən baş vermişdir. 1 saylı Mədənin 3 saylı neft yatağı məntəqəsindən lay sularını kanal vasitəsilə Hövsan kanalına axıdıldığı aşkar olundu və ərazidə olan neft çənlərinin ətrafında neft sularının axıdıldığı ərazidən keçən lay suları kanal boyunca çox miqdarda neft şlamlarının olması aşkar olundu. (Ərazidən çəkilmiş fotoşəkillər əlavə olunur.) Şirkətin mədənlərində istismar olunan quyuların cari və əsaslı təmirləri zamanı quyulardan çıxan neft suları, quyu quruntuları torpaq anbarlara axıdılması səbəbindən quyu ətrafı zonaları neftlə çirklənməsi səbəb olur. Mədənlərdə istismar olunan quyuların boru arxası fəzalarında təbii qazın yığılması işləri həyata keçirilmir. Qazların yığılması üçün vakum xətlərinin gərilməməsi səbəbindən əmələ gələn qazlar bir başa atmosferə atılır. Formalaşan məişət-çirkab sularının yığılaraq daşınması Suraxanı rayon SuKanal idarəsi ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.Müqavilə ilə tanış olması tələb olunsa da, müqavilə təqdim olunmadı. Neft hasilatı zamanı formalaşan neft lay suları Hövsan kanall və 7-ci qovşaq adlanan kanallar vasitəsilə Xəzər dənizinə axıdılır və Xəzər dənizinin çirklənməsi ilə nəticələnir. Son illər ərzində «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində araşdırmalar nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması məqsədi ilə verilmiş məcburi göstərişlərin tələbləri yerinə yetirilmir. Bu da, ətraf mühitin mühafizəsi haqqında qanunun 13, 18, 32-ci maddələrini, Su məcəlləsinin 84-cü maddəsi, Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin 21, 16-cı maddələrinin tələblərin pozulmasına səbəb olmuşdur. Nəticədə İXM-nin 233.1, 239 və 264.0.1-ci maddələrinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, 18.06.2021-ci il tarixli, 40659 saylı Akt tərtib ediləndə, xüsusi nümunə götürülməli və ekspertiza təyin edilməli idi. Şirkətin nümayəndəsinin və ekoloqunun iştirakı olmadan akt tərtib edilmişdir. Şirkət hər il axıdılan çirkab sularına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə hesabat verir. Bu yaxınlarda Socarın iştirakı ilə yoxlanılma keçirildi və heç bir çirklənmə aşkar edilmədi. Qeyd olunanları nəzərə alaraq, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəli barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş 18.06.2021-ci il tarixli, 40659 saylı Aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 16.06.2021-ci il tarixli 00026 saylı qərarına (sərəncamına) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY211584104 çıxarışa əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hövsan kanalına tullantı axıdılması, bərk tullantıların atılması, maşınlarla məişət çirkab sularının daşınaraq kanala boşaldılması və neft tullantılarının kanala axıdılması nəticəsində pis iyi qoxunun gəlməsi ilə əlaqədar Hövsan qəsəbə sakini Yuraveyova Svetlana tərəfindən yazılmış məktubla əlaqədar «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin haqqında Ətraf muhitin müdafiəsi haqqında Ekoloji Təhlükəsizlik haqqında, Su Məcəlləsi haqqında qanunlarının və ətraf mühutiin müdafiəsi sənayesində mövcud olan digər hüquqi variantın faktların tələblərinin yerinə yetirilməsi vəzifəsi araşdırıldı. «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 02.06.2006-cı ildən Suraxanı sahəsində istehsal fəaliyyətinə başlamışdır. Şirkət təyinatı Suraxanı rayonu, Qaraçuxur yataqlarında neft hasilatı işlərini həyata keçirir. Şirkətin ümumi ərazisi 2123,7 ha təşkil edir. Şirkətin ərazisində istismar olunan quyular dərinlik nasos və qazılı üsullar ilə istismar olunur. Şirkətin Ekoloji normativ sənədləri ətraf mühitin mühafizəsinə dair 2021-ci il üçün "xxxx" hazırlanmışdır. Şirkətin faaliyyəti nəticəsində atmosferə atılan zərərli maddələrə görə “xüsusi icazə” sənədi vardır. Atmosferə 3 mütəşəkkil mənbədən 337 ədəd qeyri mətəşəkkil mənbələrdən atmosferə atılmalar baş verir. Şirkətin ümumi 672 quyusundan 339 quyu işlək, 333 quyu fəaliyyətsizdir. Şirkətin 2TG-su, hava və təhlükəli tullantıları əmələ gəlməsi və idarə olunmasına dair illik statistik hesabatları hazırlayaraq Dövlət Təhlükəsizlik Xidmətinə razılaşdırılması üçün təqdim olunmuş, lakin hesabatlarda tullantıların miqdarı ilə əlaqədar yanlışlıqlara yol verildiyinə görə razılaşdırılmadan Şirkətə məlumatlar geri qaytarılmışdır. 2 TC-su təchizatının təsərrüfatı illik statistik hesabatlarında 2020-ci ilin yekununa görə 3,640.00 m3 lay suyu çıxarıldığı qeyd olunmuşdur. Bu sudan 620.00 m3 texniki məqsədlər üçün istifadə olunduğu, 2280.00 m3 lay suyu isə uducu quyular vasitəsi ilə yeraltı horiyantlara vurularaq, zərərsizləşdirildiyi qeyd olunmuşdur. 455.000 m3 lay suyunun mədən daxili kanallar vasitəsilə Hövsan kanalına axıdıldığı qeyd olunmuşdur. 266.000 m3 lay suyu isə 7-ci qovşaq adlanan kanal vasitəsi ilə Xəzər dənizinə axıdılması qeyd olunmuşdur. Araşdırma nəticəsində məlum oldu ki, Şirkətin fəaliyyəti zonasında lay təzyiqinin saxlaması və utilizə məqsədi ilə uducu quyuların istismarı təşkil olunmayıb, quyuların seçilməsi işləri həyata keçirilmədiyindən hesabatda qeyd olunan 280.00 m3 lay suyunun yeraltı horiyontlara deyil, birbaşa Hövsan kanalına ordan da, Xəzər dənizinə axıdılmışdır. Şirkətin fəaliyyət zonasında 4 mədən fəaliyyət göstərir. Mədənlərdə göstəricilər aşağıdakı kimidir. 1 saylı Mədənin 150 işlər quyusu istismar olunur, gündəlik 155 ton neft hasil olunur. Neftdən ayrılan lay sularının həcmi isə 5400 m3 təşkil edir. 2 saylı Mədən üzrə 41 ton neft hasil olunur, 1362 m3 lay suyu formalaşır.3 saylı Mədəndə 64 ədəd quyu istismar olunur, 68 ton neft hasil olunur və 648 m3 isə lay suyu formalaşır. 4-cü Mədən ərazisində 134 quyu istismar olunur. Gündəlik 145 ton neft, 4400 m3 lay suyu formalaşır. Mədən ərazisinə baxış keçirilən zaman 1350, 662 saylı quyuların ətraf əraziləri neftlə çirklənmiş və quyu üstü avadanlıqların nasazlığı üzündən sızmaların baş verdiyi müəyyən olunmuşdur. Yaxınlıqdakı quyuların hasilatının ölçülməsi üçün istismar olunan ölçü bateriyasından keçici suların əraziyə axıdıldığı aşkar olunmuşdur. Qeyd olunan faktlar xidmət göstərən işçilərin səhlənkarlığı üzündən baş vermişdir. 1 saylı Mədənin 3 saylı neft yatağı məntəqəsindən lay sularını kanal vasitəsilə Hövsan kanalına axıdıldığı aşkar olundu və ərazidə olan neft çənlərinin ətrafında neft sularının axıdıldığı ərazidən keçən lay suları kanal boyunca çox miqdarda neft şlamlarının olması aşkar olundu. (Ərazidən çəkilmiş fotoşəkillər əlavə olunur.) Şirkətin mədənlərində istismar olunan quyuların cari və əsaslı təmirləri zamanı quyulardan çıxan neft suları, quyu quruntuları torpaq anbarlara axıdılması səbəbindən quyu ətrafı zonaları neftlə çirklənməsi səbəb olur. Mədənlərdə istismar olunan quyuların boru arxası fəzalarında təbii qazın yığılması işləri həyata keçirilmir. Qazların yığılması üçün vakum xətlərinin gərilməməsi səbəbindən əmələ gələn qazlar bir başa atmosferə atılır. Formalaşan məişət-çirkab sularının yığılaraq daşınması Suraxanı rayon SuKanal idarəsi ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.Müqavilə ilə tanış olması tələb olunsa da, müqavilə təqdim olunmadı. Neft hasilatı zamanı formalaşan neft lay suları Hövsan kanall və 7-ci qovşaq adlanan kanallar vasitəsilə Xəzər dənizinə axıdılır və Xəzər dənizinin çirklənməsi ilə nəticələnir. Son illər ərzində «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində araşdırmalar nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması məqsədi ilə verilmiş məcburi göstərişlərin tələbləri yerinə yetirilmir. Bu da, ətraf mühitin mühafizəsi haqqında qanunun 13, 18, 32-ci maddələrini, Su məcəlləsinin 84-cü maddəsi, Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin 21, 16-cı maddələrinin tələblərin pozulmasına səbəb olmuşdur. Nəticədə İXM-nin 233.1, 239 və 264.0.1-ci maddələrinin tələbləri pozularaq inzibati xəta törədilmişdir.. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş 24 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti nəticəsində hasil olunan neftdən ayrılan lay sularının Hövsan və 7-ci qovşaq vasitəsi Xəzər dənizinə axıdılır və Xəzər dənizinin çirklənməsinə səbəb olur.Nəticədə «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İXM-in 233.1, 239 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti nəticəsində hasil olunan neftdən ayrılan lay sularının Hövsan və 7-ci qovşaq vasitəsi Xəzər dənizinə axıdılır və Xəzər dənizinin çirklənməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarına əsasən Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələrində tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə tətbiq edilməlidir Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: . «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 264.0.1-ci maddələri ilə təqsirli bilinsin. «X8 Kompani S.A» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə - İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 10500 (on min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar