Məhkəmə qərarları › İş №3(010)-976/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-976/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-976/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, heç yerdə işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Uzununa küçəsi, 32 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 29 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində keçmiş arvadı X1 yaşadığı evdə, aralarında yaranmış mübahisə zamanı M.Y.Əliyevanı qəsdən vuraraq, ona alt dodağın şişkinliyi və selikli qişasına qansızma, sağ çənə bucağı nahiyəsinin şişkinli qançırı, sol kürəkaltı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Gündüz Zeynalovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi müvafiq əməkdaşa həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Məhbubə ilə 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2016-cı ildə isə rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq arada gəlib bir neçə gün Məhbubənin evində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Məhbubənin yaşadığı evə gəlmiş, həmin vaxt Məhbubə ilə aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Məhbubənin qışqıraraq onun ünvanına təhqiramiz ifadələr işlətməsindən əsəbləşib sağ əli ilə Məhbubənin üzündən 1-2 sillə vurmuş, daha sonra onu yerə yıxmışdır. Məhbubə ayağa qalxdıqdan sonra həyətə çıxmış, bir müddət sonra isə polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. Hadisənin baş verdiyi vaxt yanlarında kənar heç kim olmamışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 bildirdi ki, İsbəndiyarla 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2016-cı il də isə rəsmi olaraq boşanmışlar. Hal-hazırda İsbəndiyarla birlikdə yaşamasa da, sonuncu müftəlif bəhanələrlə onun yaşadığı evə gəlir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində İsbəndiyar onun yaşadığı evə gəlmiş, şkafda olan paltarlarına hava dəyməsi üçün onları çölə çıxardacağını bildirmiş, bir neçə dəqiqədən sonra kombinin işləmədiyini görüb ona, isti suyun olmaması üçün kombini qəsdən söndürdüyünü demişdir. İsbəndiyara kombinin işləmədiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mətbəxdə olduğu zaman İsbəndiyar, arxadan balaca stulu ona tərəf atmış, həmin stul onun kürəyinə dəymişdir. Bundan sonra İsbəndiyar onun üstünə gəlib ağzının üstündən yumruqla vurmuş, onun əlindən qaçmaq istədikdə sonuncu saçından tutub onu yerə yıxaraq bədəninin müxtəlif nahiyəlrindən yumruq və təpiklə vurmuşdur. İsbəndiyarın əlindən qaçıb evdən çıxmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisənin baş verdiyi vaxt yanlarında kənar heç kim olmamışdır. Sonda zərərçəkmiş şəxs M.Y.Əliyeva barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsla barışdığını nəzərə alaraq sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X4 bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində keçmiş arvadı X1 yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı M.Y.Əliyevanı döyərək ona xəsarət yetirmişdir. Aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görədə o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0 və 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar