Məhkəmə qərarları › İş №3(010)-976/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-976/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-976/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X1, 14 noyabr 1966-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0T1LGA8, evli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, 51 nömrəli evdə qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 22 aprel 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 qəbul etdiyi 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla F.Q.Ələkbərov Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3.500 manat məbləğində inzibati cərimə olunmuşdur. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti 26 iyul 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 ərizə ilə müraciət edərək, şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 xahişinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyərək, şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X5 inzibati xəta haqqında iş üzrə şikayətinə baxılmasını istəmədiyinə və həmin şikayətin qaytarılmasını xahiş etdiyinə görə şikayətə baxılmasına əsaslar yoxdur və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xahişi təmin edilsin. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X3 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar