Məhkəmə qərarları › İş №3(010)-977/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-977/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-977/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Vüsal Əliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrinin tələblərinin pozulmasına dair Azərbayjan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs “Yaşıllıqların mühafizəsi haqqında” 02.05.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27.06.2014-cü il tarixli Fərmanının 3.1-1, 3.3 və 3.4-cü bəndlərinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.4, 2.4, 2.5 və 3.7-ci bəndlərinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlar istisna olmaqla, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsi tərəfindən digər torpaq sahələrində olan yaşıllıqların uçotu müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, Birliyin balansında olan, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çixarış sənədinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsində “Park Neolit” adlı obyektin tikinti işləri aparılmış hissəsində mövcud olmuş yaşıllıqların 2019-ju və 2020-ci illərdə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya X12 Nazirliyinə təqdim etməmişdir. Bununla da vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin 23.07.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253-1.1.1 və 253- 1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru Vüsal Əliyev Bakı şəhəri Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin qərarını müdafiə edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs “Yaşıllıqların mühafizəsi haqqında” 02.05.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27.06.2014-cü il tarixli Fərmanının 3.1-1, 3.3 və 3.4-cü bəndlərinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.4, 2.4, 2.5 və 3.7-ci bəndlərinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlar istisna olmaqla, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsi tərəfindən digər torpaq sahələrində olan yaşıllıqların uçotu müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, Birliyin balansında olan, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çixarış sənədinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsində “Park Neolit” adlı obyektin tikinti işləri aparılmış hissəsində mövcud olmuş yaşıllıqların 2019 və 2020-ci illərdə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya X12 Nazirliyinə təqdim etməmişdir. Bununla da vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz olaraq ağacların kəsilməsinə (götürülməsinə) dair ********* nömrəli cinayət işi istintaq olunmuş, təqsirli şəxslər məsuliyyətə cəlb olunmuşlar. Eyni zamanda ibtidai istintaqın gedişində ağacların kəsildiyi ərazidə yaşıllıqların uçotu və monitorinqinin aparılmadığı müəyyən edilmiş, həmin fakt üzrə 19.10.2020-ci il tarixli qərarla cinayət təqibinə xitam verilmiş, aidiyyəti vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün cinayət işindən material ayrılmışdır.Yaşıllıqların uçotu və monitorinqinin aparılmaması faktı üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə Cinayət təqibindən kənar icraatlar İdarəsində baxılmışdır. Material öyrənilərkən, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran fəaliyyət göstərən ictimai iaşə obyektlərinin yerləşdiyi torpaq sahəsinin tikinti aparılan hissəsində yaşıllıqların uçotu və monitorinqinin aparılmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" şadlıq sarayının ərazisindəki mövcud yaşıllıqlarla bağlı məlumatlar ümumiyyətlə Ekologiya X12 Nazirliyinə 2019-2021-ci illər üzrə təqdim edilməmişlər. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2021-ci il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2021-ci il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2021-ci il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələrinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, o, 30.10.2020-ci il tarixdən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Şöbə müdiri kimi vəzifələri Bakı şəhərinin ərazisində olan yaşıllıqların qorunması, mövcud yaşıllıqların qanunsuz götürülməsinin qarşısının alınması, uçotu, monitorinqinin aparılmasına nəzarət etmək, bu cür hallar aşkar edildikdə qanunauyğun tədbir görülməsinə dair şöbənin əməkdaşları tərəfindən toplanmış materialların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsini təmin etmək, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi, quru ağacların kəsilməsi, mövsümə uyğun olaraq ağacların budanması və bu sahədə işi təşkil etməkdən ibarətdir. Bakı şəhərinin ərazisində mövcud olan yaşıllıqların uçotu, monitorinqinin keçirilməsi yalnız Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin səlahiyyətlərinə aiddir, yəni Bakı şəhərinin tabeliyində olan rayonların icra hakimiyyətlərinin əməkdaşları, həmin icra hakimiyyətlərinin hər hansı struktur qurumu (idarələri) Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların uçotunu, onların monitorinqini apara bilməz. Ümumiyyətlə, Bakı şəhərinin tabe rayon icra hakimiyyətlərində yaşıllıqlara nəzarət, yaşıllıqların uçot və monitorinqini həyata keçirən xüsusi və müstəqil idarə (şöbə) yoxdur. Bu sahədə vahid koordinasiya YTB tərəfindən və YTB-nin tabeliyində olmaqla, onlar tərəfindən həyata keçirilir. Həmçinin, Bakı şəhərinin tabe rayon icra hakimiyyəti əməkdaşları yaşıllıqların uçotu və monitorinqinin həyata keçirilməsi ilə bağlı YTB-yə və müdiri olduğu şöbəyə hər hansı göstəriş, yaxud tapşırıq verə bilməz. Bu sahədə onlar birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısına tabedirlər. Çünki bu fəaliyyətlə məşğul olmaq və bu cür səlahiyyətləri həyata keçirmək hüququ yalnız Bakı şəhər İcra hakimiyyəti və onun nəzdində olan X2, Birliyin tərkib hissəsi kimi isə onun şöbəsinə aiddir. Ümumiyyətlə, Bakı şəhərinin ərazisində olan, mərkəzi icra hakimiyyətlərinin, bələdiyyələrin, təsisçisi dövlət olan publik hüquqi şəxslərin balansında olmayan, xüsusi mülkiyyətə verilməyən torpaq sahələrinin üzərindəki yaşıllıqlar, onların uçotu, onlara nəzarət, aqrotexniki qulluqla bağlı məlumatlar yalnız Bakı ŞİH və onun tabeçiliyində olan YTB-də toplanır və mütəmadi olaraq yenilənir. Bu fəaliyyət isə YTB-nin Yaşıllıqların qorunmasına nəzarətin təşkili şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Belə ki, Bakı şəhərinin inzibati ərazisində olan yaşıllıqların yerləşdiyi torpaq sahələri şöbəsinin əməkdaşlarına təhkim edilir, hər əməkdaş mütəmadi olaraq öz ərazisində olan yaşıllıqların qorunmasına nəzarət edir, əməkdaşlar xidməti balansında olan yaşıllıqlara kənar şəxslər tərəfindən qanunsuz təsir göstərilməsini müəyyən etdikdə faktın təsdiq edilməsi üçün ilkin araşdırma aparır. Bakı şəhərinin ərazisindəki yaşıllıqlara qanunsuz təsir göstərilməsi, yaşıllıqların müəyyən edilmiş qaydalara uyğun olmadan götürülməsi barədə məlumat aldıqda, yaxud bu halı bilavasitə aşkar etdikdə, şöbənin aidiyyəti əməkdaşları qanunsuzluğun qarşısının alınması üçün tədbir görə bilər. Bundan başqa, qeyd edir ki, şöbənin əməkdaşları tərəfindən Bakı şəhərinin ərazisində olan və şəhər icra hakimiyyətinin balansındakı torpaq sahələrinin üzərində yerləşən yaşıllıqların monitorinqinin aparılması ilə bağlı hər hansı müddət məhdudiyyəti yoxdur. Yaşıllıqların qorunmasına mənfi təsir göstərəcək bütün hallarda şöbənin əməkdaşları monitorinq aparır və monitorinqin nəticəsindən asılı olaraq dəymiş zərərin ödənilməsi, o cümlədən pozuntuya yol vermiş şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunur. Yaşıllıqlara qanunsuz təsir göstərməsi götürülmə, məhv etmə, budanma, kəsilmə və s. ilə bağlı məlumatlar əsasən 2 formada bilavasitə şöbənin əməkdaşları tərəfindən və vətəndaş müraciətləri əsasında əldə edilir. Hər iki halda tərəfindən yoxlamalar keçirilərək sənədləşmə aparılır. Bundan əlavə müdiri olduğu Yaşıllıqların qorunmasına nəzarətin təşkili şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşıllıqların olduğu əraziləri gəzir, yaşıllıqların vəziyyətini öyrənir, müşahidələr aparır, yaşıllıqların götürülməsi, məhv edilməsi təhlükəsi olan əraziləri müəyyən edərək, həmin ərazilərdə nəzarəti gücləndirir. Təmsil etdiyi idarə tərəfindən tərtib olunmuş Bakı şəhəri, Nizami rayonu üzrə yaşıllıqların uçot vərəqəsindən çıxarışdan görünür ki, onun təmsil etdiyi idarə tərəfindən üzərinə qoyulmuş vəzifələr yerinə yetirilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevə ünvanladığı məktubdan müəyyən olunur ki, "xxxx" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran kimi fəaliyyət göstərən ictimai iaşə obyektlərinin yerləşdiyi torpaq sahəsinin tikinti aparılan hissəsində yaşıllıqların kadastrı, uçotu və monitorinqi aparılmamışdır.19.10.2020-ci il tarixli qərarla həmin fakt üzrə cinayət təqibinə xitam verilmiş, lakin cinayət işinin istintaqı gedişində cinayət təqibindən kənar hallar müəyyən edildiyindən Azərbaycan Respublikasının Baş prokurorunun 26 sentyabr 2020-ci il tarixli, 15/6 nömrəli əmri ilə təsdiq edilmiş Azəbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "İşin təşkili Qaydalan"nın 28.1-ci maddəsinin tələblərinə əsasən cinayət işindən ayrılmış sənədlərin surətləri yaşıllıqların kadastrı, uçotu və monitorinqinin aparılmaması faktı üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevə ünvanladığı 20.07.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Nizami rayon X10ndə fəaliyyət göstərən "xxxx" MMC-nin ərazisinə Birliyin mütəxəssisləri və Baş Prokurorluğun nümayəndəsi Zamir Paşayevin həmçinin Birliyin aidiyyəti üzrə mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Məlum olmuşdur ki, sözügedən ərazisindən diametri 4:12 sm olan Çinar və Evkalipt ağacları ümumilikdə 22 ədəd olmaqla köçürülmüşdür. Həmin köçürülən ağaclardan 9 ədəd Çinar ağacının bioloji inkişafı dayanaraq quruyaraq məhv olunmuşdur. Ərazidə beton tökülmüş və dəmir konstruksiya-karkaz qurulmuş ərazidə məhv olunmuş Şam kötükləri aşkar olunmadı. Lakin Ekologiya X12 Nazirliyi tərəfindən göndərilmiş peyk görüntüləri və yaxın ətraf ərazidəki iynəyarpaqlı şam ağaclarının əkilmə sxemi və diametrinə əsasən beton tökülmüş tikinti ərazisindən köküsdə yaş, bioloji inkişafda olan diametri 24:28 sm-lik 21 (iyirmi bir) ədəd Şam ağacının götürülməsi müəyyən edilir.Həmin Şamlıq ərazilərinin salınması təxminən 1960-1970-ci illəri təsadüf etdiyindən yuxarıda göstərilənlər öz əksini tapır. İş materiallarında olan 21.07.2020-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, X10 9, məhəllə 2404 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Neolit” restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya X12 Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılmışdır.Müəyyən edilmişdir ki, "Neolit” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifədən sui-istifadə etməklə 2018-2020-ci illər ərzində ETSN-in rəyini nəzərə almadan və müvafiq qərar olmadan, həyətyanı və bağ sahəsi olmayan ümumi sahəsi 7255 m2 ərazidə 4.1-8 sm diametrində 5 ədəd və 8.1-12 sm diametrində 4 ədəd, cəmi 9 ədəd çinar ağacı qanunsuz kəsilməklə (götürülməklə) 5880 manat, 24.1-28 sm olan 21 i ədəd şam ağacları qanunsuz kəsilməklə (götürülməklə) 31500 manat, cəmi 37.380 manat həcmində külli miqdarda ziyan vurulmuşdur. Həmin qərarla fakt üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan X5 Xidmətinin rəisi Hikmət Əlizadənin arayışından müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 16.09.2020-ci il tarixli ********* nömrəli məktubuna əsasən "xxxx" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində aparılan ********* nömrəli cinayət işi üzrə məlumatların təqdim edilməsinə dair müraciəti araşdırılmışdırAraşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayonu, 2404cü məhəllə, X10 9 ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli Çıxarış sənədinə əsasən “Neolit" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsində “Park Neolit" adlı obyektin tikinti işləri aparılmış hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasf’nın tələbinə uyğun olaraq yaşıllıqların uçot və monitorinqinin aparılması, məlumatların təqdim olunmuş cədvəl forması və doldurulma metodikası əsasında hazırlanaraq təqdim olunması üçün 11 saylı Regional Ekologiya X12 idarəsi tərəfindən 05.12.2019-cu il tarixli 26/2522 saylı məktubla Nizami Rayon icra Hakimiyyətinə müraciət edilmişdir. Nizami RİH-nin 27.12.2019-cu il tarixli 1113/2575 saylı cavab məktubunda yaşıllıqların uçot və monitorinq məlumatları (yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar) sözügedən Qərarın tələblərinə uyğun olaraq təqdim edilmədiyindən 24.01.2020-ci il tarixli 26/115 saylı məktubla təkrarən Nizami RlH-yə müraciət olunsa da, bu günədək Nizami Rayon İcra Hakimiyyətindən heç bir məlumat verilməmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən yaşıllıqların uçotu və monitorinqi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən aparılır. İş materiallarında olan Azərbaycan Respublikasi Ekologiya X12 Nazirliyi 11 X7 X12 İdarəsinin 28.09.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ‘Neolit “MMC tərəfindən “Neolit" şadlıq sarayı və restoranının yerləşdiyi ərazidə "Park Neolit” adlı obyektin tikintisi ilə əlaqədar ərazidəki 22 ədəd müxtəlif diametirli və cinsdən olan ağacların götürülməsi ( köçürülməsi) ilə əlaqədar ” Neolit" MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi Qaydası” nın təsdiq edilməsi haqqında 30 avqust 2020-ci il tarixli 321 nömrəli qərarının tələbinə uyğun olaraq idarəyə müraciətləri daxil olmamışdır.Götürülmüş (köçürülmüş) 13 ədəd ağaclara görə madii ziyanın hesablanmaması ilə əlaqədar bildiririk ki, köçürülmüş 22 ədəd ağaclardan 9 ədədi tam quruyaraq məhv olduğu üçün bununla əlaqədar 5880 manat ziyan hesablanmış, 13 ədəd köçürülmüş ağaclar isə həmin vaxtı (araşdırma müddətində) köküstə yaş və bioloji inkişafda olduğu üçün ziyan hesablanmamışdır.Yaşıllıqlara dəymiş ziyanın hesablanması ağacların və kolların kəsilməsi, boy artımını dayandırılması dərəcəsinədək zədələnməsi və ya məhv edilməsi hallarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasfnın 1 nömrəli əlavəsinə əsasən aparılır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokurorunun müavini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli ədliyyə müşaviri Nazim Rəcəbovun 23.10.2020-ci il tarixli arayışından müəyyən olunur, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Bakı şəhəri Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya X12 Nazirliyindən Azərbaycan Respublikasının Baş prokurorluğuna daxil olmuş 24 iyun 2020ci il tarixli 4/1341-01-17 nömrəli məktub və həmin məktuba əlavə edilmiş sənədlər, əsas isə həmin fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar İ c r a a t l a r idarəsində aparılmış ilkin yoxlama nəticəsində toplanmış materiallarda vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui istifadə etməklə külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi (götürülməsi) cinayətinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur.13 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4 və 308.1-ci maddələrindən həmin Məcəllənin 259.3 və 308.1-ci maddələrinə tövsif edilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, 5 aprel 1994-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN ilə q e y d i y yatdan keçməklə ictimai-iaşə müəssisəsi qismində fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi olmaqla Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən X9 və həmin ictimai iaşə müəssisəsində 24 mart 2020-ci il tarixdə bağlanmış 3PSBFRJ000700 saylı əmək müqaviləsi üzrə administrator vəzifəsində işləməklə ictimai-iaşə müəssisəsinin istehsalat təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirən X4 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq ərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə ümumilikdə vahid niyyətlə 37.380 manat məbləğində - külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları və digər yaşıllıqları qanunsuz kəsmişlər. Bundan əlavə ibtidai istintaq zamanı Bakı şəhəri Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 'Neolit” şadlıq evi və restoran kimi fəaliyyət göstərən ictimai iaşə obyektlərinin .erləşdiyi torpaq sahəsinin “Park Neolit” adlı obyektin tikinti işləri aparılmış hissəsində olan yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, onlar Darədə digər zəruri məlumatları, eləcə də müvafiq ərazidə yaşıllıqların uçotu barədə məlumat verilməsi üçün Azərbaycan Respublikasının Ekologiya X12 Nazirliyinə edilmiş sorğu əsasında tərtib edilmiş Arayışdan görünür ki, cinayət işi üzrə məlumatların təqdim edilməsinə dair müraciət araşdırılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il qeydiyyat tarixli Seriya RX ******* nömrəli Çıxarış sənədinə əsasən "xxxx" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsində “Park Neolit” adlı obyektin tikinti işləri aparılmış hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın tələbinə uyğun olaraq yaşıllıqların uçot və monitorinqinin aparılması,məlumatların təqdim olunmuş cədvəl forması və doldurulma metodikası əsasında hazırlanaraq təqdim olunması üçün 11 saylı Regional Ekologiya və "əbii Sərvətlər İdarəsi tərəfindən 05.12.2019-cu il tarixli 26/2522 saylı məktubla Nizami Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Nizami RİH-nin 27.12.2019-cu il tarixli 1113/2575 saylı cavab məktubunda yaşıllıqların uçot və monitorinq məlumatları (yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatlar) sözügedən Qərarın tələblərinə uyğun olaraq təqdim edilmədiyindən 24.01,2020-ci il tarixli 26/115 saylı məktubla :əkrarən Nizami RİH-yə müraciət olunsa da, bu günədək Nizami Rayon İcra Hakimiyyətindən heç bir məlumat verilməmişdir.İstintaq edilən cinayət işi üzrə tikinti aparılan sahədə yaşıllıqların kadastr, uçot və monitorinqinin aparılmaması faktı üzrə cinayət işinin başlanılması 19.10.2020-ci il tarixli qərarla rədd edilmiş və həmin faktda inzibati xəta tərkibinin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün cinayət işindən müvafiq sənədlərin surətlərinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən vəzifəli şəxs Şəxs “Yaşıllıqların mühafizəsi haqqında” 02.05.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27.06.2014-cü il tarixli Fərmanının 3.1-1, 3.3 və 3.4-cü bəndlərinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.4, 2.4, 2.5 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlar istisna olmaqla, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 qorunmasına nəzarətin təşkili şöbəsi tərəfindən digər torpaq sahələrində olan yaşıllıqların uçotu müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, Birliyin balansında olan, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14.11.2015-ci il qeydiyyat tarixli, Seriya RX ******* nömrəli Çixarış sənədinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsində “Park Neolit” adlı obyektin tikinti işləri aparılmış hissəsində mövcud olmuş yaşıllıqların 2019 və 2020-ci illərdə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya X12 Nazirliyinə təqdim etməmişdir. Bununla da vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz olaraq ağacların kəsilməsinə (götürülməsinə) dair ********* nömrəli cinayət işi istintaq olunmuş, təqsirli şəxslər məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda ibtidai istintaqın gedişində ağacların kəsildiyi ərazidə yaşıllıqların uçotu və monitorinqinin aparılmadığı müəyyən edilmiş, həmin fakt üzrə 19.10.2020-ci il tarixli qərarla cinayət təqibinə xitam verilmiş, aidiyyəti vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün cinayət işindən material ayrılmışdır.Yaşıllıqların uçotu və monitorinqinin aparılmaması faktı üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə Cinayət təqibindən kənar icraatlar idarəsində baxılmışdır. Material öyrənilərkən, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" şadlıq evi və restoran fəaliyyət göstərən ictimai iaşə obyektlərinin yerləşdiyi torpaq sahəsinin tikinti aparılan hissəsində yaşıllıqların uçotu və monitorinqinin aparılmadığı müəyyən edilmişdir. Qeyd olunanlar, həmçinin ********* nömrəli oinayət işi üzrə qəbul edilmiş 19.10.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar, X3 izahatı, Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinin 23.07.2021-ci il tarixli, 17/241 saylı məktubu və ona əiavə edilmiş CD diskdə olan məlumatlar, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 08.01.2021-ci il tarixli məktubu ilə təsdiqlənir. Belə ki, Ekologiya X12 Nazirliyindən daxil olmuş 23.07.2021- cı il tarixli, 17/241 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2404-cü məhəllə, X10 9 ünvanında yerləşən "xxxx" şadlıq sarayının ərazisindəki mövcud yaşıllıqlarla bağlı məlumatlar ümumiyyətlə Ekologiya X12 Nazirliyinə 2019-2021-ci illər üzrə təqdim edilməmişdir. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2021-ci il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2021-ci il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2021-ci il yanvarın 1nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya X12 Nazirliyinə təqdim edilməmişdir. Bakı şəhəri Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23.07.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və prokuroru dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təmsil etdiyi qurum tərəfindən üzərinə qoyulmuş vəziəfələrin yerinə yetirildiyini göstərsə də, məhkəmə onun onun bu ifadəsinə tənqidi yanayır. Belə ki, vəzifəli şəxs Şəxs məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu üzrə yaşıllıqların uçot vərəqəsindən çıxarışı hər hansı bir səlahiyyətli qurumun imzası və ya möhürü ilə təsdiqlənməmişdir, qeyd olunan çıxarış idarə tərəfindən müvafiq uçotun aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ji maddəsinə əsasən ətraf mühitin qorunması qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məjəllənin 253-1.1.1-ci və 253-1.1.3-cü maddələrinə əsasən mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına görə, həmçinin, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanması üçün əsasdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddələrin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş jərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253- 1.1.3-cü maddələri ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar