Məhkəmə qərarları › İş №3(010)-98/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-98/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-98/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi Mercedes Benz markalı **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, X5 küçəsi,96 ünvanında hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsindən düşmüş, DYP əməkdaşından hansı səbəbdən saxlanıldığını soruşmuş və svetoforun qırmızı işığından keçdiyini bildirərək sənədlərini tələb etmişdir. O, ona svetoforun qırmızı işığını keçmədiyini bildirərək sənədlərini təqdim etmişdir. Əlavə olaraq DYP əməkdaşından svetoforun qırmızı işığı yanan vaxt hərəkət etdiyini hər hansı sübutunun olub-olmamasını soruşmuşdur. Lakin o heç bir video çəkilişə ehtiyacın olmadığını və "narazılığı varsa, ürəyi hara istəyir gedib şikayət etmək hüququnun olduğunu" bildirdi. O, bu tərz danışıqdan və tərbiyəssizlikdən hirsləndiyi üçün DYP əməkdaşına 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğunu bildirdi və sənədlərini geri qaytarmasını ondan tələb etmişdir. O, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını nə ilə sübüt edə biləcəyini soruşduqda o, ona müvafiq sənədləri təqdim etmişdir. Bu zaman polis əməkdaşları ona 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğu üçün güya hörmət edəcəyini və ona yüngül bir cərimə yazacağını bildirdi. Lakin o, buna etiraz etmişdir və heç bir qayda pozuntusuna yol vermədiyini ona bildirmişdir. Bunlara baxmayaraq polis əməkdaşı barəsində inzibati protokol tərtib etdi və ondan protokolu imzalamağı tələb etmişdir. Lakin o, polis əməkdaşına bir daha heç bir qayda pozuntusuna yol vermədiyini bildirərək protokolu imzalamaqdan imtina etmişdir. Bundan sonra onun istifadəsində olan telefon nömrəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün 40 manat cərimə edilməsi barədə qərar qəbul olunması barədə SMS gəldi. Həmin gün o, heç bir qanun pozuntusuna yol verməmiş və heç bir təqsiri olmadığı halda DYP əməkdaşı tərəfindən əsassız olaraq cərimə edilmişdir. Əlavə olaraq bildirir ki, 2-ci Qarabağ Müharibəsi döyüşlərinə qatılaraq şəhid olmaq arzusu ilə aidiyyəti üzrə Suraxanı Rayon Hərbi Komisarlığına müraciət etmiş və Vətən Müharibəsinin ilk günlərindən müharibənin ən qızğın anlarından döyüşlərdə iştirak etmişdir. Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ölkə rəhbərliyi tərəfindən və şəxsən Cənab Prezident və Ali Baş Komandan tərəfindən "Füzulinin və Xocavəndin azad olunması görə" döş medalları ilə təltif edilmişdir. Odur ki, barəsində yəni X1 40 manat inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında AR DİN Bakı şəhər DYP tərəfindən İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ona yazılmış cərimənin silinməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Bakı şəhər X6 İdarəsinə və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər X6 İdarəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X3 məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin və inzibati tənbeh vermə haqqında qərardan şikayət etmiş şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 09:44 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 məcburi hərəkət istiqaməti yol nişanının tələblərinə riayət etməməsi və bununla da İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar