Məhkəmə qərarları › İş №3(010)-983/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-983/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-983/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(010)-2147/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 10.06.2020-ci il tarixdən hesablanmaqla 14.01.2014-cü il təvəllüdlü X8 və 27.07.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi hər ay 330 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, Suraxanı rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli, 2(010)-2147/2020 saylı icra vərəqəsinə əsasən Şəxs 10.06.2020-ci il tarixdən hesablanmaqla 14.01.2014-cü il təvəllüdlü X8 və 27.07.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi hər ay 330 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X4 xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda borclunun 2710 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs borcunun ödənişində gecikdirməni maddi imkansızlığı ilə izah etmiş, əlavə olaraq qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, işin məhkəmə baxışınadək X3na olan borcundan 500 manat ödəmişdir. O, X3na qalan borcunu tez müddətdə ödəyəcək. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şəxs işin məhkəmə baxışınadək ona olan borcundan 500 manat ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, məhkəmə iclasında X3na olan borcundan 500 manat ödəniş etmiş, X3na qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar