Məhkəmə qərarları › İş №3(010)-984/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-984/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-984/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X4, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxs X2 nümayəndəsi və vəkili, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X2, xx xxxx 1975-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2HNYWUB, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 27 nömrəli evin 51 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə K.H.İsmayılovun nümayəndəsi və vəkili Vəkil şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 müfəttişi X12 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X3 inzibati xəta haqqında xx xxxxxx 2020ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxs K.H.İsmayılovun nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxs X2 nümayəndəsi və vəkili Vəkil şikayətində göstərmişdir ki, K.H.İsmayılovun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsində heç bır sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsaslar qeyd edilməmişdir. Vəzifəli şəxsin barəsində tərtib tərtib edilən inzibati protokolda K.H.İsmayılovun Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirləndirilsə də faktın nədə ifadə olunduğu protokolda göstərilməmiş, habelə xətanı əsaslandıran heç bır sübut qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs, məhz K.H.İsmayılovun vəzifəli şəxs olaraq hansı vəzifəni yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyini əsaslandırmalıdır. Göründüyü kimi, nə protokolda, nə də inzibati tənbeh qərarında belə bir əsaslandırma yoxdur. İş materiallarında, protokolda və qərarda - ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasına, hətta, belə hadisənin olduğu təqdirdə, təqsirli hesab edilən şəxsin təqsirinin nədə ifadə olunmasına dair hər hansı bir sübut faktoru mövcud deyildir. İnzibati xəta hadisəsinin mövcudluğu və K.H.İsmayılovun vəzifəli şəxs olaraq təqsirli olmasını sübut etmək vəzifəsi birmənalı olaraq inzibati xətaya dair icraat aparmış səlahiyyətli şəxsin vəzifəsidir. K.H.İsmayılov özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyildir. Bu vəzifə inzibati xətaya dair protokolu tərtib etmiş səlahiyyətli şəxsin üzərinə düşür ki, işdən göründüyü kimi, səlahiyyətli şəxsin tərtib etdiyi protokolda və digər səlahiyyətli şəxsin tərtib etdiyi qərarda belə sübutlar məcmusu mövcud deyildir. Hazırki iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur və inzibati xəta protokolunun qanunsuz sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasında aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstinad olunan qanunun “qanunun tətbiq dairəsi” adlanan 2.1-cı maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən, yuxarıda sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İstinad olunan Qanunun 5.1-ci maddəsində ehtiva olunmuşdur ki, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. Sözügedən Qanunun 8.4-cü maddəsinin tələbinə görə isə yoxlayıcı orqan məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalara, müayinələrə monitorinqlərə, müşahidələrə, təftişlərə, nəzarətlərə, xronometrajlara, reydlərə, baxışlara və digər bu cür tədbirlərə şamil edilməklə bu növ yoxlamaların aparılmasını tənzimləyən, yuxarıda sözügedən Qanunun 19.1 -ci maddəsində təsbit olunmuşdur ki, yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir (bax Qanunun 19.2 və 19.8-ci maddələri). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2014-cü il tarixli, 143 nömrəli qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydasının tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Yuxarıda göstərilənlərlə yanaşı Azərbaycan Respublikasının Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və Milli Məclis tərəfindən qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci ilin noyabr ayınadək dayandırılmışdır. Məlum olduğu kimi 2021-ci ilin noyabr ayınadək yalnız Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısına əsasən Azərbaycan Respublikasının Səhiyyə, Kənd Təsərrüfatı, Fövqəladə Hallar və Maliyyə Nazirliklərinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankına bu siyahıda göstərilən hallarda yoxlamalar aparılmasına icazə verlmişdir. İdarənin əməkdaşları tərəfindən, həmçinin yuxarıda sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında xx xxxx 2020-ci il tarixli protokol qanunsuz sənədlər əsasında isə inzibati tənbehin tətbiqinə dair qərar qəbul olunmuşdur. Ona görə də K.H.İsmayılov barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan bu və ya digər inzibati xəta hadisəsi baş vermədiyi, aşkar olunmuş əməllərdə inzibati xəta tərkibi olmadığı halda, K.H.İsmayılov barəsində xx xxxx 2020-ci il tarixli protokolun tərtib olunması, onun əsasında 1 ay sonra inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Çünki ehtimal olunan inzibati xətanın nədən ibarət olması izah edilmir və nəzarət orqanı tərəfindən əsaslandırılmamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixli protokola istinadən görünür ki, protokoldakı tələblər yoxlayıcı orqanın əməkdaşlarının subyektiv mülahizələrinə əsaslanmaqla, məsuliyyətə əsas olan normativ və ya texniki normativ hüquqi aktların tələbləri ilə əsaslandırılmamış və sadəcə olaraq maddənin dispozisiya hissəsi protokola köçürülmüşdür. Qərarda ümumiyyətlə qeyd edilən ərazi bəlli deyil, sadəcə Böyükşor gölu ərazisi bildirilməklə qeyri müəyyənliyə yol verilmişdir. Təsərrüfat şəhər ərazisində yerləşir və şəhər ərazisində çoxlu sayda insanlar yaşayır və bu insanlar da öz evlərində sudan istifadə edirlər. Fərdi evlərdə istifadə olunan su ancaq bu insanlar tərəfindən məişət (əl-üz yumaq və zəruri tələbatını ödəmək) məqsədilə istifadə edilir. Məlumdur ki, təsərüfatda istifadə edilən əhəng daşının hec bir radioaktiv və digər zərərli təsirlərə malik deyil. Beləliklə də təsərrüfatda insanların yaşayış evlərində sudan istifadə etdiyi kimi istifadə edilir. Yalnız ümumi ifadələrlə təvsir olunan məcburi göstəriş - protokolda sadalanan subyektiv mülahizələr əsasında təkrar qanunsuzluğa yol verilərək inzibati protokoi tərtib olunması və qərar qəbulu yalnız inzibatinəzarət orqanının qərəzli, səriştəsiz və qanunsuz davranışının nəticəsidir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti hüquqi dövlət olmaqla Respublikada hüququn aliliyi təmin olunmuşdur. İnzibati xəta haqqında protokol və qərar qəbul etmiş səlahiyyətli şəxslər isə qanunun aliliyini pozmuşlar, öz qərəzli niyyətləri ilə qanunsuz hərəkətlər etmişlər. Bütün yuxarıda qeyd olunanlarla yanaşı, inzibati xəta haqqında protokolun və qərarın mahiyyətcə qanunsuz və əsassız olması ilə yanaşı, prosessual cəhətdən də İXM-nin tələblərinə əməl olunmadığı nəzərə alınmalıdır. Belə ki, İXM-nin 100.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4 inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında ış üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İşdən göründüyü kimi, protokolun tərtib olunmasında İXM-nin 100-cü maddəsinin yuxarıda sadalanan bütün tələbləri pozulmuşdur. İnzibati xəta haqqında bu qədər kobud pozuntularla tərtib edilmiş protokol vəzifəli şəxsə inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün göndərildikdə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalı olduğu halda bunu etməmiş və ciddi prosessual pozuntuya yol vermişdir. Buna görə də Vəkil, K.H.İsmayılovun Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 əməkdaşları iyul ayının 21-i tarixində qabaqcadan hər hansı məlumat vermədən Binəqədi rayonu, Böyükşor gölü yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olan, daha dəqiq əhəng daşlarının alqı-satqısı ilə məşğul olan X2 işlədiyi sexə yaxınlaşaraq guya Böyükşor gölünü onun sexindən çıxan suyun gölə axıdılması nəticəsində gölün çirklənməsi prosesi bas verirdiyini bildirmişlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqında” Qanunun 2.1-ci maddəsinə əsasən bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 2.2-1-ci maddəsinə əsasən bu Qanun yalnız cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Habelə Həmin qanun 3.2-ci maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 16.11 və 20-ci maddələrinə əsasən yoxlayıcı, orqan yoxlamadan qabaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciyət etməli yoxlama barədə çıxarış almalı və həmin çıxarışın bir surəti yoxlama aparılacaq subyektə göndərilməlidir hazırki işdə göründüyü kimi həmin yoxlamanın aparılması zamanı yoxlayıcı orqan fərdi sahibkara nə yoxlama barədə çıxarış, nədə onunla bağlı məlumat verməmişdir nəticədə qanunun tələbi ciddi şəkildə pozulmuşdur. Həmin qanunun 33.2.2-ci maddəsinə əsasən inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbu edir. Yəni həmin maddənin mənasına görə yoxlama bu qanuna uyğun aparılmaqla əməldə inzibati xəta tərkibi müəyyən edildikdə şəxsin barəsində inzibati xətalara dair icraata başlanır lakin göründüyü kimi yoxlama zamanı yoxlayıcı orqan bu qanunun hər hansı bir maddəsinə əməl etmədən yoxlama aparmışdır. Bu da onun əsasıdır ki qanunun 3.2-ci maddəsinə əsasən yoxlamanın hec bir hüquqi nəticəsi yoxdur və hüquqi nəticəsi olmayan bir yoxlamada təbii ki hər hansı inzibati xətadan söhbət gedə bilməz. Əslində bu qədər pozuntu ilə apardan bir icraatda təbii ki inzibati xətanın mahiyyətindən danışmaq doğru olmazdı çünki inzibati xətaya qədər olan proses hüquqi nəticə yaratmadığından onun əsasında verilmiş bir qərarında bir nəticəsi yoxdur. Lakin hətta inzibati xətalara dair icraat belə icraatın özü kobud pozuntularla aparılmış və qanunvericiliyin tələbi kobudcasına pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsində inzibati xətaların əsas prinsipləri nəzərdə tutulur. Bu prinsiplərdən biri kimi insan hüquqlarına hörmət prinsipidir ki, qanunun tələbi bu qədər pozulubsa onların qanunla qorunan hüquqları pozulmaqla icraat aparılıbsa hər hansı insan hüquqlarına hörmət prinsipindən danışmaq olmaz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunun 35-ci maddəsinə əsasən bu qanunu pozmaqla yoxlayıcı orqan icraat aparmışsa yoxlayıcının özü Azərbaycan Respublikası İXM-nin 602-ci maddəsinə əsasən inzibati və ya işin cinsiyyətindən asılı olaraq cinayət məsuliyyətinə cəlb edilir. Bu məsələ barədə respublika prokurorluğuna müraciət edilmiş, lakin hazırki vəziyyətdə yoxlayıcının barəsində inzibati icraata başlanılmalı olan halda sahibkar barəsində icraat aparılır bu qədər tərs mütənasiblik olan yerdə Konstitusiyada nəzərdə tutulan qanunun aliliyi prinsipi sadəcə xəyali və formallıqdan başqa heçnə olmur. Barəsində yoxlama aparılan şəxsin sexindən çıxan suyun gölə tökülməsini təsdiq edən iş materiallarında heç bir sübut yoxdur belə ki, sexdən çıxan su gölə yox sexin ətrafında olan bir kanala tökülür həmin kanaldan isə gölə tökülməsi işin hec bir faktiki halı ilə sübuta yetirilmir çünki ekologoya əməkdaşları vizual müşahidə etməklə kanaldan çıxan suyun gölə axıdılmasını müəyyən edə bilməzlər. Azərbaycan Respublikası İXM-nin 82-ci maddəsinə əsasən elm texnika və sənət sahəsi ilə bağlı hər hansı sualı ekspert cavablandırır, aparılan icraatda ekspert rəyinin alınmasını belə yoxlayıcı orqan zəruri olduğu halda zəruri hesab etməyərək sədəcə öz mülahizələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha bir pozuntu isə tərtib edilmiş protokol səlahiyyətli şəxsin protokolu baxılmağa qəbul etdiyi zaman baş verib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən “protokol düzgün tərtib olunmadıqda və ya natamam tərtib olunduqda” yəni qərar qəbul edən səlahiyyətli şəxs materillarda əməli sübuta yetirən ekspert rəyinin yoxlama ilə bağlı çıxarışın və qanunun qədər pozuntuları ilə aparılan bir icraatda protokolu geri qaytarmaq əvəzində işi öz icraatına qəbul etmişdir. Daha sonra inzibati araşdırmanın aparılması məqsədi ilə qərardad qəbul edilsə belə həmin proses də qanunun tələbini pozmaqla aparılmışdır. İnzibati yoxlama zamanı işin hallarını sübut etmək üçün səlahiyyətli şəxs Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsində nəzərdə tutulmuş qaydada araşdırmanın və inzibati xətanın sübuta yetirilməsi üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Barəsində icraat aparılan şəxsin iştirakı olmadan inzibati icraat aparılmışdır. Hətta poçt qəbzinə nəzər yetirdikdə görünür ki, inzibati araşdırma əvvəlki tarixdə aparılsa da poçt sənədi daha gec vaxtda catdırılmış və icraat aparılan şəxsi məlumatlandırmadan icraat aparılmışdır. Əlavə olaraq Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati icraatla bağlı yaranan bütün şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Belə ki, iş materiallarında əməli sübuta yetirən heç bir sənəd yoxdur və həmin maddəyə uyğun həmin hallar barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir və sübut etmə yüküdə yoxlayıcının üzərinə düşür. Habelə ekologiya idarəsinin vəzifəli şəxsləri işin araşdırılması zamanı göldən sadəcə bir analiz nümunəsi götürməklə gölün çirklənməsini iddia etsələr də, həmin nümunədə gölün əhəng daşından yaranan tullantıların axıdılmasını sübut edən bir cümlə belə yoxdur, gölün analiz nümunəsi təbii ki qeyri qənaətbəxş çıxa bilər nəzərə almaq lazımdır ki, həmin ərazidə bir necə yaşayış evindən gedən kanalizasiya xətti bir başa gölə axıdılır və işin zəruri olan belə faktiki halları tam araşdırılmadan icraat qaydaları bu qədər pozuntularla aparılan hər hansı bir yoxlamanın və inzibati icraatın heç bir hüquqi nəticəsi ola bilməz. Sonda Vəkil şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxsin nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 müfəttişi X12 tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda, qeyd edilən inzibati xətaların törədilməsi faktı Böyükşor gölü ətrafı axarlardan götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticəsi ilə təsdiq edildiyi qeyd edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış vəzifəli şəxsin nümayəndəsi və vəkilinin təqdim etdiyi xx xxxx 2020-ci il tarixdə Böyükşor gölünə tökülən axarlardan mərkəzə gətirilmiş su nümunələri üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrindən görünür ki, gətirilmiş su nümunələri üzərində aparılan ilkin təhlillərə görə nümunələr sarımtıl rəngli və kanalizasiya qoxuludur. “Azpetrol” X1 ətraf axarından götürülmüş su nümunəsinin codluğu 1.3 dəfə, ammonium ionu isə 5.2 dəfə, nikel 7.4 dəfə, neft karbohidrogenləri (TPH) 5 dəfə, “Aydınoğlu” X1 ətraf axarından götürülmüş su nümunəsinin codluğu 1.5 dəfə, ammonium ionu isə 7.0 dəfə, nikel 7.1 dəfə, manqan 2.2 dəfə normadan çoxdur. Göründüyü kimi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına əsas olmuş Böyükşor gölünə tökülən axarlardan gətirilmiş su nümunələri, Azpetrol” X1 və “Aydınoğlu” X1 ətraf axarından götürülmüş su nümunələridir, həmin su nümunələri üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrində Binəqədi rayonu, Böyükşor gölü yaxınlığında yerləşən X2 əhəng daşlarının alqı-satqısı ilə məşğul olduğu müəssisənin də ətrafından hər hansı bir su nümunələrinin götürülməsi, bu nümunələrdə əhəng daşından yaranan tullantıların axıdılması səbəbindən gölün suyunda codluğun və digər komponentlərin normadan çox olmasına dair hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 xx xxxxxx 2020-ci il tarixdə, həmin idarənin müfəttişi X9 Böyükşor gölü ətrafı axarlardan götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticəsi ilə təsdiq edildiyini əsas gətirərək tərtib etdiyi Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola baxarkən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmədən, bununla da işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirmədən qəbul etdiyi MN seriyalı, ******* saylı qərarla K.H.İsmayılovu Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilib 3.000 manat məbləğində inzibati cərimə etmişdir. Bundan başqa, şikayətdən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, K.H.İsmayılov Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində, yəni iki inzibati xətanın törədilməsində təqsirli bilindiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında isə Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilib, həmin Məcəllənin 264.0.1-ci maddəsi ilə 3.000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1, 100.1.3 və 100.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 115.1, 115.1.3 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Lakin istər tərtib edilmiş inzibati xəta haqqında protokolda, istərsə də qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda K.H.İsmayılovun fərdi identifikasiya nömrəsi göstərilməmiş, habelə K.H.İsmayılovun əməlində iki, yəni Azərbaycan Respublikası İXMnin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların əlamətlərinin olduğu iddia edildiyi halda, inzibati xəta haqqında protokolda inzibati xətalardan yalnız Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin mahiyyəti, inzibati xəta haqqında iş üzrə qərarda isə işə baxılarkən müəyyən edilmiş hal qismində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi göstərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6, K.H.İsmayılovun barəsində qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərarında, eyni vaxtda törədilən Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalardan yalnız daha ciddi, yəni Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı sadəcə müəyyən etməklə kifayətlənmiş, hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməmiş, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, habelə Azərbaycan Respublikası İXM-i ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəzifəli şəxs X2 nümayəndəsi və vəkili Vəkil şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar