Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-986/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminovun, Borclu Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli, 2(010)- 6224/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 15000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 15030 (on beş min otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Əzizxan Eminov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.10.2015ci il tarixli, 2(010)-6224/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 15000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 15030 (on beş min otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Borjlu qeyd olunan məbləğdən 2957 manat məbləğində pul ödəmiş, hal-hazırda borclunun 12073 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli, 2(010)- 6224/2015 saylı icra vərəqəsinə əsasən ondan 15000 (on beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 15030 (on beş min otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borjdan hal-hazırki vaxtadək 2957 manat məbləğində pul ödəmiş, halhazırda 12073 manat məbləğində ödənilməmiş borcu vardır. Borcunun tam ödənilməməsi onun işləməməsi və bu səbəbdən maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı olmuşdur. O, artıq işlə təmin olunmuşdur və 2 ay ərzində tələbkarın hüquqi varisinə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borju tam olaraq ödəmək fikrindədir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 28 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli, 2(010)-6224/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 15030 manat borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati məsuliyyətə jəlb olunduğunu, törətdiyi inzibati xətanı etiraf etdiyini, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borjun bir hissəsini ödədiyini məsuliyyətini yüngülləşdirən hal kimi və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati jərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, İnsan Hüquqlarının və X3 X1 4 saylı Protokolunun ( Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ji maddəsinə əsasən (Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması) heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-986/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-986/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver