Məhkəmə qərarları › İş №3(010)-986/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-986/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-986/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 02 fevral 2023-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:00-da idarə etdiyi “MERCEDES BENZ C200” minik markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən 19 sentyabr 2022-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 6 ildir ki, «Mersedes Benz C 200» markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o idarə etdiyi avtomobil ilə Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Suraxanı rayonu Bülbülə qəsəbəsi istiqamətinə saatda 15 km sürəltə hərəkət edərkən sola döndüyü zaman anidən əks hərəkət zolağı ilə hərəkət edən bir moped onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində o heç bir xəsarət almamışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyytədə və yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı sərxoş olmamışdır. Sonda o, zərərçəkmiş şəxs X3 ona qarşı heç bir şiayətinin olmamasını, idarə etdiyi avtomobillə ailəsini dolandırdığını və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X4 14 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz C 200” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Suraxanı rayonu Bülbülə qəsəbəsi istiqamətinə saatda 15 km sürəltə hərəkət edərkən sola döndüyü zaman əks hərəkət zolağa çıxmış və idarə etdiyi avtomobil əks hərəkət zolağı ilə hərəkət etmiş vətəndaş X3 idarə etdiyi “Kuba” markalı moped ilə toqquşmuş, nəticədə “Kuba” markalı mopeddə sürücü qismində əyləşən X6 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 1103 saylı rəyindən müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü X3 bədən səthində aşkar edilmiş xəsarətlər: oynaqda ağrı sindromu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrığı kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən Bakı şəhəri 10 saylı notariat ofisinə verilmiş 15 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsi, ev 16-da qeydiyyatda olan Şəxs qarşı heç bir şikayət yoxdur. Gələcəkdə bu işlə əlaqədar Şəxs heç bir tələbi və iddiası olmayacağını qeyd etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X4 14 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz C 200” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Suraxanı rayonu Bülbülə qəsəbəsi istiqamətinə saatda 15 km sürəltə hərəkət edərkən sola döndüyü zaman əks hərəkət zolağa çıxmış və idarə etdiyi avtomobil əks hərəkət zolağı ilə hərəkət etmiş vətəndaş X3 idarə etdiyi “Kuba” markalı moped ilə toqquşmuş, nəticədə “Kuba” markalı mopeddə sürücü qismində əyləşən X6 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbinin olmamasını məsuliyyətini yüngüllşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar