Məhkəmə qərarları › İş №3(010)-989/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-989/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-989/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X11 qızının katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, məhəllə 4042/60, bina 2, mənzil 87 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş xx xxxxxx 2019-cu il tarixli 2(010)-6591/2019 nömrəli icra vərəqəsinə əsasən birgə nikahdan anadan olmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq iddiaçı X3 verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, xx xxxxxx 2020-ci ildə icraata başlamaq haqqında qərar verilərək borclunun ünvanına onun surəti və müvafiq bildiriş göndərilmişdir. Göstərilən qərarın surəti Şəxs xx xxxxxx 2020-ci ildə şəxsən təqdim olunub. O, həmin gün yazılı izahat verərək məhkəmə qətnaməsi ilə razı olmadığını, qətnamədən apelyasiya şikayəti verəcəyini və aliment ödəyə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq Şəxs qətnamədən şikayət verməyib. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, icra sənədinin icra edilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir. xx xxxxxxxx 2020-ci ildə borclu İcra və probasiya şöbəsinə polis vasitəsilə gətirilərək izahat vermiş və borcunu ödəməyəcəyini bir daha bildirmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu gün üçün aliment borcu 1.440 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xx xxxxxx 2018-ci il təvəllüdlü X6 onun uşağı deyil. Sadəcə olaraq X4 uşaq doğulduqdan sonra ona yalvarmışdır ki, uşağın doğum haqqında şəhadətnaməsində adının uşağın atası kimi yazılmasına razılıq versin. Eyni zamanda danışıqları belə olub ki, X4 ondan aliment tələb etməyəcək. Göstərilənlərə əsasən tələbkara heç bir aliment ödəməli deyil və ödəməyəcək. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, uşağın atası məhz Şəxsdur. Tələbkar həmçinin bildirir ki, Şəxs bu günədək ümumiyyətlə heç bir aliment ödəməyib və gələcəkdə də ödəməyəcəyini bildirir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə məsələ ilə bağlı Şəxs dəlillərini nəzərdən keçirərək qeyd edir ki, həmin dəlillər heç bir sübutla öz təsdiqini tapmır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələbkarın xeyrinə aliment ödəməli olduğuna dair qanuni qüvvədə olan məhkəmə aktının mövcud olduğunu da nəzərə alır. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən saat 18.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar