Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-99/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 nömrəli evin 115 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 23 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 2181/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 850 manat borc və 80 manat dövlət rüsümu tutularaq tələbkar X1 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-8217/2018 nömrəli əmrinə əsasən Şəxs cəmi 205 ABŞ dolları və 20 manat dövlət rüsumu tələbkar BOKT “VİJN Fond” X3 Cəmiyyətin xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-5672/2017 nömrəli əmrinə əsasən Şəxs 1.584 manat borc və 20 manat dövlət rüsumu tələbkar X4 xeyrinə tutulmalıdır. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmiş və nəticədə Şəxs icra sənədləri üzrə cəmi 2.882 manat 50 qəpik ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, ümumilikdə üç icra sənədi üzrə onun borcu cəmi 2.882 manat 50 qəpik təşkil edir. O, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi imkansızlıq səbəbindən yaranmış borcunu birdəfəlik ödəmək iqtidarında deyil. Möhlət veriləcəyi təqdirdə icra sənədləri üzrə borcunu hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Bununla belə protokol tərtib olunduqdan sonra icra sənədi üzrə tələbkara ödəniş etmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədləri üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədlərinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu icra sənədləri üzrə tələbkarların xeyrinə halhazıradək heç bir ödəniş etməmiş və onun icra sənədləri üzrə cəmi 2.882 manat 50 qəpik təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-2181/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 850 manat borc və 80 manat dövlət rüsümu tutularaq tələbkar X1 xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-8217/2018 nömrəli əmrinə əsasən Şəxs cəmi 205 ABŞ dolları və 20 manat dövlət rüsumu tələbkar BOKT “VİJN Fond” X3 Cəmiyyətin xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-5672/2017 nömrəli əmrinə əsasən Şəxs 1.584 manat borc və 20 manat dövlət rüsumu tələbkar X4 xeyrinə tutulmalıdır. İş materiallarında olan icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-2181/2020 nömrəli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-8217/2018 nömrəli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(010)-5672/2017 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcu 2.882 manat 50 qəpik təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-99/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-99/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver