Məhkəmə qərarları › İş №3(010)-991/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-991/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-991/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X11 qızının katibliyi, Suraxanı rayonu İcra və probasiya şöbəsinin icra məmuru X6 iştirakı ilə xx xxxx 1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx xxxxx 2019-cu ildə verilmiş xx xxxx 2019-cu il tarixli 2(060)-3323/2019 nömrəli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2133/2015 saylı iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmas üçün cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Məmmədova (Muradova) Nazibə Əli qızına verilməlidir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən edilmiş qaydada icraata başlanmışdır. Bununla əlaqədar borclu ilə dəfələrlə əlaqə saxlanıldığına, borcunu ödəməsi zərurəti dəfələrlə diqqətinə çatdırıldığına baxmayaraq o, bu günədək borcunu bağlamayıb. xx.xx.2011-ci il təvəllüdlü X2 görə alimentin tutulması xx.xx.2015-ci il tarixdən, xx.xx.2010cu il təvəllüdlü X4 görə alimentin tutulması isə, həmin uşağın tələbkar X5 himayəsinə verildiyi gündən başlayaraq həyata keçirilməlidir. Hal hazırda borclunun hər iki icra sənədi üzrə tələbkara olan aliment borcu cəmi 7780 manat təşkil edir. Onun borcun ödənilməsinə yönəldilə biləcək əmlaka malik olub-olmadığı araşdırılmış, nəticədə belə əmlaka malik olmadığı müəyyən edilmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəmədiyini işin məhkəmə baxışı zamanı maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasənŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz deməsinə görə şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il saat 19.05-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar