Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-992/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X1, 01 iyul 1980-ci ildə Vartaşen (Oğuz) rayonu, Yemişənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 29VE939, evli, Oğuz rayonu, Yemişənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 17 nömrəli evin 22 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 10 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 02 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 24 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 10 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan başqa X3, 02 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan başqa X3, 24 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. 03 avqust 2021-ci il tarixdə X1, inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, B.H.Musayevin şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. X3 isə şikayət ərizəsinə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların surətini əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında işlər üzrə qərarlardan verilən şikayətlərin aidiyyəti barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işlər üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici inzibati xəta haqqında işin baxılma yeri kimi əsas meyar olaraq xətanın törədildiyi yeri müəyyənləşdirmişdir.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. Şikayətə əlavə edilmiş AZE seriyalı, 16029754 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, B.H.Musayevin yaşayış yeri Oğuz rayonunun Yemişənli kəndidir. X3 şikayətində faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi ev 17, 22 nömrəli mənzildə yaşadığını qeyd etsə də, lakin şikayətinə həmin evin onun icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev olmasına, habelə yaşayış yerinə gəldikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınmasına dair hər hansı bir sübut əlavə etməmişdir. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi ev 17, 22 nömrəli mənzili faktiki olaraq B.H.Musayevin yaşayış yeri yox, onun olduğu yerdir. Göründüyü kimi, B.H.Musayevin yaşayış yeri Oğuz rayonunun Yemişənli kəndi olduğu halda, o barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlardan olduğu yer üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Məhkəmə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarların surətinin şikayətə əlavə edilmədiyini, habelə B.H.Musayevin qeyd edilən elektron qərarlardan yaşayış yeri üzrə məhkəməyə şikayət verməli olduğu halda, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət ərizə ilə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, X1 şikayəti geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Buna görə də məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların surətini rəsmi qaydada aldıqdan sonra 20 gün müddətində inzibati tənbeh vermə haqqında qərarlardan ayrı-ayrılıqda şikayət ərizələri ilə (şikayətlərinə yaşadığı yer üzrə baxılmasına dair vəsatətini əlavə etməklə) yaşayış yeri üzrə və yaxud inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 10 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 02 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 24 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan verdiyi şikayət X2 qaytarılsın. X2 10 iyun 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli, 02 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli və 24 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların surətini rəsmi qaydada aldıqdan sonra 20 gün müddətində inzibati tənbeh vermə haqqında qərarlardan ayrı-ayrılıqda şikayət ərizələri ilə (şikayətlərinə yaşadığı yer üzrə baxılmasına dair vəsatətini əlavə etməklə) yaşayış yeri üzrə və yaxud inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-992/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-992/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver