Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-992/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 15 avqust 2002-ci ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15 A, m 17 qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş 26 fevral 2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 01 fevral 2024-cü il tarixdə X1 məxsus avtomobilin şüşəsini sındıraraq 01 (bir) ədəd “airpods” (qulaqlıq) oğurlamışdır. Məhkəmə tərəfindən təyin olunmuş 26 fevral 2024-cü il tarixli iclas zamanı protokol tərtib etmiş Zahid Mehdiyev izahatında bildirdi ki, Şəxs 01 fevral 2024-cü il tarixdə X1 məxsus avtomobilin şüşəsini sındıraraq 01 (bir) ədəd “airpods” (qulaqlıq) oğurlamışdır. Buna görə də təqsirləndirilən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə protokol tərtib etmişdir. Bu protokola əsasən təqsirləndirilən şəxs Şəxs 23 fevral 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 fevral 2024-cü il tarixdə X1 məxsus avtomobilin şüşəsini sındıraraq 01 (bir) ədəd “airpods” (qulaqlıq) oğurlamasını etiraf etmiş, inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxslə barışıb və sonuncuya vurduğu ziyanı tam ödəyib. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin izahatını 26 fevral 2024-cü il tarixli iclasda almışdır. Məhkəmə işə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş X2 tərəfindən yazılmış 28 fevral 2024-cü il tarixli **********870 saylı ərizədən görünür ki, Şəxs tərəfindən X1 dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəni, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-992/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-992/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver